close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Streslərdən uzaq olmağa çalışın

 

Stress – orqanizmin  artmış yükə, gərginliyə, vəziyyətin yaxşı tərəfə olmayan dəyişikliklərinə təbii reaksiyasıdır.

Əgər Siz qısa zaman intervalında stress yaşayırsınızsa, Sizin bətninizdə olan körpə bununla bacarır.  Uzunmüddətli stressə davam gətirmək isə çətindir.  Bu halda stress dölə neqativ təsir göstərə bilər. Bu isə əsasən ürək-damar sisteminin və beynin fəaliyyətinin pozulması ilə təzahür edir. Vaxtından əvvəl doğuş təhlükəsi də uzunmüddətli  stresslə əlaqəlidir.

Gündəlik həyatınızda stressi aradan qaldırmaq üçün autogen məşqlər, yoqa və ya meditasiya kimi vasitələr çox effektivdir. Bu vasitələr hamilə qadına  daxili rahatlığa nail olmağa imkan verir.

Siz başağrılarından, gərginlikdən, miqrendən, əhval-ruhiyyə dəyişikliklərindən, yuxu pozğunluqlarından əziyyət çəkirsiniz? Hər axşam 15-20 dəqiqə ərzində autogen məşq, yoqa, meditasiya kimi vasitələrdən istifadə etməyiniz  məsləhətdir.