close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Qız, yoxsa oğlan

 

 

Əgər 23 cüt xromosomdan ibarət dəsti nəzərdən keçirsək, 46 ayrı-ayrı xromosomu ayırd edə bilərik. Daha aydın olmaq üçün bu xromosomları nömrələmək olar. Uşağın cinsiyyəti 45-ci və 46-cı xromosomlarla müəyyən olunur.  Qadın cinsi xromosomu X, kişi cinsi xromosomu Y kimi göstərilir. Qadın yumurta hüceyrəsi ancaq X xromosoma malikdir. Kişi toxum hüceyrəsində isə X xromosomu və ya Y xromosomu ola bilər. Beləliklə, uşağın cinsiyyəti məhz kişi hüceyrəsindən asılıdır. Əgər qadının X xromosomu kişinin Y xromosomu ilə görüşərsə, XY xromosom cütlüyü yaranır və kişi cinsli embrion inkişaf edir. Əgər yumurta hüceyrə X xromosomlu toxum hüceyrəsi ilə mayalanarsa, XX xromosom cütlüyü yaranır və qadın cinsli embrion inkişaf edir.