close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Səyahət

 

Dəniz və ya çay kruizi

Gənclər, ailə cütlükləri arasında son illərdə kruizlər çox populyardır. Hamilə qadınlar üçün kruizin üstünlüyü istədikləri zaman kayuta keçib dincəlmək imkanının olması, gəmidə gəzmək imkanının olmasıdır.

Lakin gəmi yırğalandıqda  meydana çıxan “dəniz xəstəliyi” nin inkişafını da nəzərə almaq lazımdır. Ürəkbulanma, qusma bir neçə gün davam edə bilər. Gəmidə həkim yardımının məhdud olması vacib neqativ faktordur. Bir çox hallarda müalicəni sahildə aparmağa ehtiyac  olur, bu isə heç də həmişə mümkün olmur. Bu səbəbdən bir çox gəmilərdə hamiləlik müddəti 24 həftədən artıq olan qadınlara gəmi səyahətinə icazə verilmir. Əgər kruiz başlayan zaman hamiləlik müddəti azdırsa, həkimdən  gəmi ilə səyahətin əks-göstəriş olmaması barədə arayış almaq lazımdır.

Səyahət növü seçdikdə bir daha fikirləşin – sanatoriyada və ya sağlamlıq mərkəzində dincəlmək bəlkə daha məqsədəuyğundur?

 

Qatar, avtobus, təyyarə

Təəssüf ki, hansı nəqliyyat növünü seçməyinizdən asılı olmayaraq, müəyyən diskomfort yaşanacaqdır. Ən böyük problem isə yerin darlığı problemidir. Çalışmaq lazımdır ki, aşağı ətraflarınız sərbəst vəziyyətdə olsun.

Trombozların profilaktikası məqsədilə məsləhət görülür ki, keçidə yaxın yeri seçəsiniz ki, vaxtaşırı ayağınızı uzatmaq imkanınız olsun. Nəqliyyat vasitələrində tam rahat hərəkət etmək çətindir. Qatarda vaqonun daxilində qısa müddət ərzində gəzin. Avtobusda hər dayanacaqda düşüb gəzin. Yerinizə döndükdə ayaq üçün idman hərəkətlərini edir. Yaxşı olar ki, ayaqqabınızı çıxarasınız. Çox yüngül idman hərəkəti: ayağınızla  döşəməyə təzyiq edin.Sonra  ancaq  ayaq barmaqlarınızı  yerə basın və yenidən əvvəlki vəziyyətə qayıdın. “Yerində qaçış” da effektivdir. Belə ki, oturduğunuz yerdə növbə ilə ayaqlarınızı qaldırmaqla trombozun profilaktikasını apara bilərsiniz.

Təyyarədə olan təzyiq dölün oksigenlə təminatına mənfi təsir göstərmir. Lakin Siz təyyarə ilə uçuşdan qorxursunuzsa, hamiləlik vaxtı başqa bir nəqliyyat növü seçməyiniz məsləhətdir.

Təyyarəyə bilet almazdan öncə seçdiyiniz aviakompaniyanın hamilələrlə əlaqəli şərtlərini öyrənin. Çünki bir çox aviakompaniyalarda  tromboz və vaxtından əvvəl doğuş riskini nəzərə alaraq hamiləlik müddəti ilə əlaqəli məhdudiyyətlər nəzərdə tutulmuşdur.