close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

İdeal fiziki aktivlik növləri

 

Hamiləlik zamanı fiziki aktivlik üçün üzgüçülük, su gimnastikası, hamilələr üçün xüsusi gimnastika, velosiped və ya velotrenajor, yoqa, turist yürüşləri, piyada gəzintiləri, pilləkənlə enmə-qaxma  məqsədəuyğun hesab olunur.

Əgər hamiləlikdən əvvəl qadın müntəzəm olaraq idmanla məşğul olurdusa, hamiləlik zamanı məşqlərə davam etmək olar. Lakin əlbəttə ki, ehtiyatlı olmaq lazımdır, intensiv məşqlər istisna olunmalıdır.

Əgər hamilə qadın  ekstremal idman növləri  ilə ( marafon, triatlon) və ya  potensial olaraq hamilənin zədə almasına gətirəcək idman növü ilə ( basketbol, həndbol, tennis, atçılıq, alpinizm, dağ xizəyi və s.) hamiləlikdən əvvəl məşğul olurdusa, hamiləlik dövründə sevimli idman növünü başqası ilə əvəz etməlidir. Hətta hamar olmayan  yolda  qaçış belə zədələnmə baxımından  təhlükəlidir  və oynaqlara düşən yükü artırır.