Karbohidratlar


Karbohidratlar – beyin və əzələlər üçün əsas enerji mənbəyidir. Kimya nöqteyi nəzərindən bütün karbohidratlar saxaridlərdir. Lakin öz keyfiyyətlərinə görə bir-birindən nəzərəçarpacaq dərəcədə fərqlənə bilər. Ona görə də qida rasionuna mümkün qədər faydalı karbohidratları daxil etməyə çalışın. Faydalı karbohidratlar əsasən kartofda, düyüdə, iri üyüdülmüş taxıldan hazırlanmış makaron məmulatlarında, iri üyüdülmüş taxıl çörəyində olur.
Nutriyent – insanın qəbul etdiyi qidanın tərkibinə mütləq daxil olmalıdır. Nutriyent orqanizmi inkişafa dəstək olan lazımi enerji ilə və maddələr mübadiləsini tənzimləyən maddələrlə təmin edir. Qidalı maddələrə karbohidratlar, yağlar, zülallar, mikro və makroelementlər, mineral maddələr və vitaminlər aiddir. Faydalı nutriyentlər bağırsaqda bərabər sorulur. Çoxsaylı qidalı mikromaddələrlə yanaşı sadalanan məhsulların tərkibinə ballast maddələr də daxildir. Ballast maddələrin sayəsində qida qəbulundan sonra uzun müddət ərzində toxluq hissi saxlanılır.
Aşağı keyfiyyətli karbohidratlar – şəkər, şirniyyat, meyvə şirələri, şokolad, dondurma orqanizmi tez bir zamanda enerji ilə təmin edir, lakin bu təsir qısamüddətli olur. Rafinə olunmuş məhsullarda ballast maddələr olmur, lakin tərkibində olan karbohidratlar çox sürətlə qana keçir və şəkər səviyyəsini kəskin yüksəldir. Düzdür, sonra şəkər səviyyəsi sürətlə enir və aclıq hissi meydana çıxır. Ona görə də sadə karbohidratları ancaq az miqdarda istifadə etmək tövsiyə olunur.
Hesab olunur ki, karbohidratlar orqanizmin qidalı maddələrə gündəlik tələbatının 55-60%-ni qarşılamalıdır. Bu 1540-1680 kaloriyə və ya gündə 380-420 qrama müvafiqdir. Hamiləlik zamanı gündəlik tələbat təxminən 30-60 qram artır.
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri