Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


İmkanlarınızı dəyərləndirməyi öyrənin

 

 

Fiziki gərginliyin intensivliyinin ən etibarlı göstəricisi nəbzin tezliyidir.  Bu səbəbdən idman hərəkətləri zamanı pulsometrdən istifadə etmək tövsiyə olunur.

Əgər  ürək vurğularının sayı yol verilən həddən çoxdursa, məşqi dayandırmaq lazımdır. Növbəti dəfə hərəkətləri daha aşağı sürətlə icra ermək məqsədəuyğundur.

İdmanla məşğul oldiqda nəbzin tezliyini nəzarətdə saxlamaqla ürəyi artıq yükləmədən  qorumaq mümkündür. Hamiləlik dövründə onsuz da ürək çox böyük yül altındadır – hamiləliyin 40-cı həftəsində ürək  hamilə olmayan müddətlə müqayisədə  əlavə 3 litr qan vurur.

Heç vaxt özünüzü tam yorana qədər idmanla məşğul olmayın. Gündə 45 dəqiqədən artıq idmanla məşğul olmaq məsləhət deyil. Tənəffüs ritminizi saxlayın, isti havada küçədə idmanla məşğul olmayın. Yay vaxtı idman üçün  sərin səhər və axşam saatları daha məqsədəuyğundur.

İsti və nəm iqlimi olan bölgələrdə idmandan ümumiyyətlə imtina etmək məsləhətdir.