Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Yeriş

 

İstənilən hava şəraitində təmiz havada gəzmək insana güc verir və başı lazımsız fikirlərdən təmizləyir. Çox da uzaq olmayan məsafəyə maraqlı marşrutlar seçin, arabir yavaş sürətlə qaçmaq da olar. Ancaq diqqət edin ki, ayaqqabınız rahat olsun və ayağınızda yaxşı otursun. Hamiləlik dövründə hormonal dəyişikliklər nəticəsində orqanizmin oynaqlarında və bağlarında birləşdirici toxuma zəifləyir. Ona görə də ayaq burxulduqda çox ciddi zədə ilə nəticələnə bilər.

Dağ gəzintisinə hazırlaşdıqda təhlükəsiz marşrut seçməklə yanaşı, hündürlüyü də nəzərə almalısınız. Dəniz səviyyəsindən 2000 metr yuxarıda artıq havada oksigen səviyyəsi tələb olunduğundan az olduğundan dölün qidalanması ciddi risk altında olmuş olur.