Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Gimnastika

 

Hamiləlik dövründə doğuşdan əvvəl əzələləri və bağları məşq etdirən, lakin çox güvvə tələb etməyən, qan dövranını yaxşılaşdıran, həzmi və iştahanı yaxşılaşdıran istənilən idman hərəkətləri məsləhətdir. Unutmaq olmaz ki, yüksək fiziki aktivlik də hipodinamiya qədər zərərlidir. İdman hərəkətləri seçdikdə hamilə qadının qarnının ölçüsü və onun hal-hazırda özünü necə hiss etməsi nəzərə alınmalıdır. Qarnı üstə uzanmış vəziyyətdə olan idman hərəkətlərindən, kəskin hərəkətlərdən və ağrıya səbəb olan hərəkətlərdən imtina edin.