Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik dövründə çəki

 

Hamiləlik dövründə nəzərəçarpacaq dərəcədə çəki artımı normaldır. Hamiləlik dövründə 11-16 kq çəki artını norma daxilində çəki artımı hesab olunur. Hamiləliyin 12-14-cü həftəsinə qədər çəki artımı çox az olur. Hamiləliyin ikinci trimestrindən başlayaraq nəzərəçarpacaq dərəcədə çəki artımı qeyd olunacaqdır. Doğuşa az qalmış dölün çəki artımı həftədə 300 qram təşkil edir, hamilə qadının orqanizmində dölə əmizdirmək üçün ehtiyat toplanır.

Hamiləlik dövründə əlavə çəki aşağıdakı sadalananlardan ibarətdir:

  •           Döl – doğularkən çəkisi 3000-4000 qram təşkil edir.
  •           Uşaqlıq – 900 qrama yaxın
  •           Cift – 300-600 qram
  •           Dölyanı maye ( 1000 ml)
  •           Qanın həcminin artması ( 1200 ml)
  •       Toxuma mayesinin həcminin artması ( 2500 ml)
  •           Dərialtı piy təbəqəsi – 2500-3000 qram