İntim gigiyena


Hamiləlik dövründə intim gigiyena çox vacibdir. Xəstəlik törədən bakteriyalara və göbələklərə artıb çoxalmaq üçün imkan verilməməlidir. Bu məqsədlə tərkibində sabun olmayan, turş pH-a malik vasitədən istifadə olunmalıdır. Bununla hamilə qadının uşaqlıq yolunda turş müdafiəedici mühit dəstəklənməklə mümkün qədər mikrobların artıb çoxalmasının qarşısı alınır. Ancaq bu vasitələrdən də çox istifadə etmək düzgün deyil. Belə ki, tez-tez yuyunmaq da neqativ təsir göstərə bilər. İnfeksiyalardan qorunmaq üçün hamilə qadının həyat yoldaşı cinsi əlaqədən əvvəl duş qəbul etməsi məsləhət görülür.