close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Həddən artıq ultrabənövşəyi şüa zərərlidir.

İntensiv ultrabənövşəyi şüalanma  orqanizmdə fol turşusunun konsentrasiyasını azaldır. Fol turşusu hamiləliyin ilk həftələrində xüsusilə vacibdir. Belə ki, fol turşusunun çatışmazlığı döldə sinir borusunun qüsurlarına səbəb olur.

 

     Günəş  vannaları və solyariy 

     Havanın hərarətinin yüksək olduğu şəraitdə günəş şüaları təhlükəli ola bilər. Bədən hərarəti artır, bu da ürək–damar fəaliyyətinin zəifləməsinə təsir göstərir. Kölgəli yerdə olun, başınıza panama geyinin və ya yaylıq örtün ki, günvurmadan qorunasınız.

Hamiləlik dövründə dəri çox həssas olduğundan solyaridən sonra ləkələr, hətta yanıq izləri qeyd oluna bilər. Solyari lampasının döl üçün nə dərəcədə təhlükəli olduğu hələ müəyyən olunmamışdır. Lakin onu da qeyd etmək lazımdır ki, şüalanmanın təsiri altında tərləmə artır, nəticədə orqanizm çox maye itirir, bu da hamiləlik dövründə arzuolunmazdır. Digər tərəfdən, şüalanmanın təsiri altında bədən hərarəti yüksələrək dölə neqativ təsir göstərə bilər.

 

Mobil proqram .
Proqramla daha sürətli istifadə