close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Epilyasiya

 

Epilyasiya üçün kremlərdən istifadə etdikdə ehtiyatlı olmaq lazımdır. Belə ki, bu kremlərin tərkibinə daxil olan bəzi komponentlər dəridən sorularaq dölün inkişafına neqativ təsir göstərə bilər.  Alternativ olaraq təbii maddələrdən hazırlanmış kremdən istifadə edə bilərsiniz. Epilyasiya məqsədilə mum istifadəsindən sonra hamilə qadının dərisində göyərmə qeyd oluna bilər.

Steril ülgüclərin istifadəsinə heç bir əks-göstəriş yoxdur. Əsas odur ki, ülgüclə özünüzü yaralamayasınız.  Hamiləlik zamanı qan damarları genişləndiyindən ülgüclə yaralansanız, qan çox ola bilər.

Lazer epilyasiyasının dölə təsiri barədə hal-hazırda heç bir elmi məlumat olmadığından, hamiləlik dövründə lazer epilyasiyası məsləhət deyil.  Elektroepilyasiyanın istənilən növü: elektroliz, termoliz,diatermiya, blend-metod və s. hamiləlik dövründə əks-göstərişdir.