Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamam və Sauna

 

Vanna qəbulu

Hamilə qadınların vanna qəbul  etməsinə əks göstəriş yoxdur. Lakin suyun temperaturu 370C-dən aşağı olmalıdır. Bu halda qan dövranında heç bir problem meydana çıxmır. Suyun hərarəti 380C-dən yüksək olduqda ananın daxili hərarəti yüksəlir, dölün də hərarəti yüksəlmiş olur. Patologiyaların meydana çıxmasının qarşısını almaq üçün suyun hərarətinə ciddi diqqət göstərilməlidir.

 

Gündəlik duş

İlıq su (təxminən 370C temperaturda) güc və enerji verir. Eyni zamanda qan dövranına da neqativ təsiri yoxdur. Bu şərtlərlə istənilən vaxt duş qəbul etmək olar. Lakin dərini qurutmamaq üçün sabun və gellərdən çox istifadə etməyin. Tərkibində yumşaldıcı yağlar olan  neytral pH göstəricili duş üçün vasitələr dərinin təbii müdafiəsini stimulə edir. Su prosedurundan sonra bədənə yumşaldıcı, nəmləndirici və ya müdafiə xüsusiyyətlərinə malik krem çəkmək məsləhətdir.

 

Yadda saxlamaq lazımdır ki, hamilə qadının bədən hərarəti artdıqda dölün də hərarəti artır. Bu da dölün inkişafına neqativ təsir göstərə bilər. 

 

 

Spa

Spada gün keçirmək, yorğunluğunuzu atmaq, istirahət etmək hər zaman yaxşı ideyadır. Lakin əvvəlcə həkiminizdən sizin üçün spanın təhlükəli olub-olmayacağını soruşun. Həmçinin getdiyiniz məkana zəng edib əvvəlcədən hamilə qadınlar üçün baxım olub-olmamasını öyrənin. Sizə qulluq edəcək personalı da bu barədə əvvəlcədən xəbərdar edin.