Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Dırnaq və dodaq boyası

 

Hesab olunur ki, hamiləlik dövründə dırnaq və dodaq boyasının istifadəsi təhlükəli deyil. Dırnaq və dodaq boyalarının silinməsi üçün vasitələrin tərkibində zərərli maddələrin olmasına baxmayaraq, bu maddələrin səviyyəsi o qədər aşağıdır ki, onların orqanizmə hər hansı bir neqativ təsirinin mümkünlüyü ehtimalı çox azdır. Lakin yaxşı olar ki, hamilə qadınlar dırnaq boyası aldıqda onun tərkibinə fikir versinlər. Çünki bəzi mütəxəxssislərin fikrincə tərkibində formaldehid, toluol və kamfora olan dırnaq boyaları potensial olaraq döl üçün təhlükəli ola bilər.

Hamilə qadın dırnağına dırnaq boyası çəkdikdə və ya dırnaq boyasını sildikdə, pəncərə açıq saxlanılmalı və əllər üzdən uzaqda saxlanılmalıdır ki, zərərli maddələr yüksək konsentrasiyada qadının tənəffüs yollarına keçməsin.

Dırnaqlara qulluq zamanı dırnaq boyasının silinməsi üçün məhlullar da istifadə olunur. Əlbəttə ən yaxşı silən məhlul asetondur. Bu isə çox güclü həlledici olub, nəzərəçarpan spesifik qoxuya malikdir və mərkəzi sinir sisteminə toksik təsir göstərə bilər. Aseton dırnağı qurudur, bu da nəticə etibarilə dırnaqların sınmasına gətirir. Bəs nə etmək olar? Hal-hazırda xüsusi asetonsuz  məhlullar istehsal olunur və hamilə qadınların lakın silinməsi məqsədilə məhz bu asetonsuz məhlullardan istifadə etməsi məqsədəuyğundur.

 

Doğum evinə hazırlaşanda niyə dırnaq boyası silinməlidir?

Doğum evinə getməzdən əvvəl  dırnaq boyası silinməli, süni dırnaqlar çıxarılmalıdır. Ağırlaşmalar qeyd olunduqda  tez  aparılan müayinələrdən biri də qan təchizatının vəziyyətini dəyərləndirmək məqsədilə dırnaq  lövhəsinin  basılmasıdır.  Dırnaq lövhəsi tibb işçisi tərəfindən basılır. Tibb işçisi əlini çəkdikdən sonra 2 saniyə ərzində qan təchizatı bərpa olunmalıdır. Əgər 2 saniyə ərzində qan təchizatı bərpa olunmazsa, bu arterial təzyiqin aşağı olmasının və onunla bağlı ürək-damar  problemlərinin olmasının göstəricisidir. Dırnaqda boya olduqda  bu müayinənin aparılması mümkün olmur. Сərrahi əməliyyatdan öncə də dırnaq boyası silinməlidir. Belə ki, anesteziya zamanı dırnaqların rəngi pasiyentin vəziyyətinə nəzarət etməyə kömək edir. Digər tərəfdən, barmaqlardan birinə tənəffüs sisteminin  vəziyyətinə nəzarət edən cihaz  qoşulur. Dırnaq boyası qeyd olunan cihazın işinə mane ola bilər.