Dölün tərpənməsini hamiləliyin hansı həftəsindən sonra hamilə qadın hiss etməyə başlayır?


Hamiləliyin 18-ci həftəsindən başlayaraq öz hisslərinizə diqqət yetirin. Siz artıq daxilinizdə çox zəif, yüngül hərəkətlər hiss edə bilərsiniz. Hamiləliyin 22-ci həftəsindən başlayaraq artıq uşağın hərəkətləri aktivləşir. Bir qayda olaraq, qadınlar dölün hərəkətlərini hamiləliyin II yarısına yaxın hiss etməyə başlayırlar. Təkrar doğan qadınlar ilk uşaqlarını gözləyən hamilələrlə müqayisədə dölün tərpənməsini daha tez hiss edirlər. Bu onunla əlaqəlidir ki, təkrar doğan qadınlar üçün artıq dölün tərpənməsi hissi tanışdır, ilk dəfə ana olmağa hazırlaşan qadınlar isə ilk günlərdə dölün tərpənməsini bağırsaq peristaltikası və ya əzələ yığılmaları hesab edə bilər. Dölün ilk tərpənməsi birinci hamiləlik zamanı 18-22-ci həftələr arasında (adətən 20 həftəlik hamiləlik müddətində) hiss olunur. Təkrar doğan qadınlar isə artıq hamiləliyin 16-cı həftəsindən başlayaraq dölün hərəkətini hiss edə bilərlər.
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri