Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Saçlar

Hamiləlik dövründə şampunlar, saçları qidalandıran və möhkəmləndirən maskalar tamamilə təhlükəsizdir. Adətən istifadə etdiyiniz saça qulluq vasitələrindən hamiləlik dövründə də rahatlıqla istifadə edə bilərsiniz. Əgər hamiləlikdən əvvəl bu vasitələr allergiya və ya dəridə qıcıqlanmaya səbəb olmamışdırsa, hamiləlik dövründə də böyük ehtimalla bu baxımdan problem yaşanmayacaqdır. Lakin bəzi hallarda hamiləlik dövründə saça qulluq vasitələrini digərləri ilə əvəz etmək lazım gəlir. Belə ki, hamiləlik dövründə estrogenlərin hasilatının çox olması nəticəsində saçlarda dəyişikliklər qeyd olunur. Hamiləlik sona çatdıqdan sonra estrogenlərin səviyyəsi azalır və bir neçə həftə ərzində saçlar nisbətən çox tökülür.

Saçların rənglənməsinə gəldikdə, qeyd etmək lazımdır ki, hamiləlik dövründə saçların rənglənməsinin dölə təsirini öyrənən tədqiqatlar aparılmamışdır. Bu o deməkdir ki, saç boyalarının dölə zərərli təsiri nə təsdiq, nə də inkar olunmamışdır.  Bəzi mütəxəssislər hesab edir ki, tərkibində  döl üçün zərərli  maddələr olmayan saç boyalarından istifadə etmək olar. Digər mütəxəssislər hamiləliyin I trimestrində saçları boyamamağı məsləhət görürlər. Saç boyası seçərkən onun tərkibində ammonyak, aminofenol, fenilendiamin, dihidroksibenzol , hidrogen peroksid kimi maddələrin olmadığına əmin olun.