Dəri


Hamiləlik dövründə orqanizmdə baş verən hormonal dəyişikliklər dəridə də özünü göstərir. Bir çox qadınlar dəri quruluğundan , dəridə ləkələrin meydana çıxmasından şikayət edirlər. Əgər hamilə qadında hamiləlikdən əvvəl yüngül neyrodermit var idisə, hamiləlik dövründə kəskinləşə bilər. Bədən üçün qidalandırıcı krem, losyon və yağlarla yanaşı çox miqdarda maye qəbulu ağırlıq gətirə bilər. Ona görə də hamiləlik dövründə maye qəbulunun adekvat olmasına diqqət verilməlidir.
Sizin böyüməkdə olan qarnınızın dərisinə də qulluq vacibdir. Qarın dərisi dartılır və bu da xüsusi diqqət tələb edir. Təbii bitki mənşəli vasitələr ( məsələn, ərik tumu yağı, badam yağı və ya küncüt yağı) qarın dərisini qoruyur. Bu vasitələri istifadə etməklə dəri dartılmalarının qarşısını bir qədər almaq mümkündür.