close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Qalxanabənzər vəzin xəstəlikləri


Qalxanabənzər vəzin xəstəlikləri məhz hamiləlik dövründə daha tez-tez kəskinləşir. Qalxanabənzər vəzin istər hipofunksiyası, istərsə də hiperfunksiyası ananın və dölün sağlamlığına neqativ təsir göstərə bilər. Qalxanabənzər vəzin hipofunksiyası  əlaqəli problemlərin meydana çıxmasının qarşısını almaq məqsədilə yodla zənginləşdirilmiş duzdan istifadə etmək və həftədə 2 dəfə təzə dəniz balığını qida rasionuna daxil etmək məsləhət görülür.

Risk qrupuna daxil olan hamilələr hamiləliyin əvvəlində qalxanabənzər vəzin patologiyasının aşkar olunması məqsədilə müayinə olunmalıdırlar.