close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Hamilələrin xolestazı

 

Hamiləlik dövründə qadınların əksəriyyətinin dərisində dəyişikliklər qeyd olunur. Çoxsaylı piqment ləkələri əmələ gəlir, qaşınma, dəri səpkiləri qeyd olunur. Bu əlamətləri yaradan səbəbi müəyyən etmək vacibdir. Bu, dəri xəstəliyi də ola bilər, orqanizmin hamiləliyə cavab reaksiyası da. Bundan başqa qeyd olunan əlamətlər qaraciyərlə əlaqəli problemlərin təzahürü də ola bilər. Hamilələrin xolestazı qaşınma və qaraciyərdə patoloji dəyişikliklərlə müşayiət olunur. Döl üçün təhlükəli ola bilər. Ona görə də qeyd olunan əlamətlər müşahidə olunduqda həkiminizə müraciət edin.  Yerli müalicəyə  ( qlükokortikoid tərkibli məlhəm, losyonlar) üstünlük verilir. Hamilələrin xolestazı zamanı ursodezoksixol turşusunun qəbulu ananın vəziyyətini yaxşılaşdırmaqla yanaşı dölün sağlamlığı baxımından riski də nəzərəçarpacaq dərəcədə azaldır.

 

Hamilələrin xolestazı

Hamilələrin qaraciyərdaxili xolestazı əsasən hamiləliyin 25-ci həftəsindən başlayaraq qeyd  olunur. Xəstəlik güclü qaşınma ilə müşayiət olunur və qaraciyərə də təsir göstərir. Qarın nahiyəsində, ətraflarda güclü qaşınmaya səbəb olan qırmızımtıl və ya dəri rəngində ayrı-ayrı düyünlər yaranır. Qaşıdıqda yerində izi qala bilər.

Vitamin B və ursodezoksixol turşusunun qəbulu, ultrabənövşəyi şüa  qadının vəziyyətini yüngülləşdirir.

Xəstəliyin səbəbi qanda öd turşularının səviyyəsinin yüksəlməsidir. Müəyyən səviyyədən sonra öd turşuları  dölün inkişafına mənfi təsir göstərir. Hamləliyin sonuna qədər  müvafiq müayinələrdən keçməklə nəzarətdə olmaq vacibdir.