Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik dövründə ürək xəstəlikləri

 

Ürək xəstəliklərinin əksəriyyəti hamiləlik və doğuş zamanı hər hansı bir ciddi problem yaratmaya bilər. Lakin elə ürək xəstəlikləri də mövcuddur ki, hamiləlik və doğuş zamanı ananın həyatı baxımından çox təhlükəli ola bilər. Bu halda hamiləliyə icazə verilmir. Hamiləlik planlaşdırmazdan öncə müalicə həkiminizə müraciət edin və hamiləliyin Sizin üçün hər hansı bir təhlükə yaratmayacağına əmin olun. Əgər kardioloq hamiləliyə icazə verərsə, hamiləlik dövründə də mama-ginekoloqla yanaşı davamlı olaraq kardioloqun nəzarəti altında olmağınız vacibdir.