Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq


Fizioloji hamiləliyi olan qadınlara antenatal qulluq
Antenatal qulluğun (doğuşaqədər nəzarət) məqsədi hamilə qadının və onun hələ doğulmamış körpəsinin sağlamlığının qorunması, ailəyə valideynliyə hazırlanmaqda kömək etməkdir. Antenatal qulluğun keyfiyyəti gəlişlərin və aparılan profilaktik tədbirlərin sayı ilə deyil, göstərilən yardımın keyfiyyəti, hamilə qadının və onun ailə üzvlərinin hamiləliyin gedişi barədə məlumatlılığı, yaxınlarının hamiləyə fiziki, psixoloji, emosional və sosial dəstəyinin səviyyəsi, hamiləliyin gedişinə nəzarət və antenatal qulluq sisteminə müraciətin vaxtında olması ilə müəyyən olunur. Bu səbəbdən əsas rol məlumatı düzgün formalaşdırıb təqdim edə bilən, hamiləyə dərk edilmiş doğru seçim etməyə imkan verən təlim keçmiş tibb personalına ayrılır.
I gəliş (12-ci həftəyə qədər)
► məsləhətvermə - həkim hamilə qadına hamiləliyin fizioloji gedişi haqqında məlumat verir, anamnez toplayır, ona "Hamilənin ev kartası"nı təqdim edərək kartanın doldurulma qaydalarını başa salır
► arterial təzyiqin ölçülməsi, nəbzin sayılması
► axırıncı aybaşı tarixinə əsasən doğuşun güman edilən vaxtının təyini
► bədən kütləsi indeksinin təyini (BKİ) = kütlə (kq) / boy2 (m2 )
► qanın klinik analizi
► sidiyin ümumi analizi
► qanda şəkərin təyini
► qan qrupu, rezus faktorun, əgər qadın Rh (-), partnyoru isə Rh (+) olarsa rezus anticisimlərinin təyini
► Hepatit B , sifilis testlərinin aparılması
►İİV (İnsan İmmun Çatışmazlığı Virusu)
►Rubella (İgG) skrininqi. Hamilə qadın seroneqativ olduqda xəstəliyin kəskin formasına müayinə aparılmalı və hamiləliyin II, III trimestrlərində dinamik müayinə aparılmalıdır
► uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi (yaxma götürülən zaman uşaqlıq boynunun müayinəsi aparılmalıdır)
► Ultrasəs müayinəsi
II gəliş (18-20-ci həftədə)
► məsləhətvermə
► arterial təzyiqin ölçülməsi, nəbzin sayılması
► uşaqlıq dibinin hündürlüyünün ölçülməsi
► sidiyin ümumi analizi
► Ultrasəs müayinəsi
III gəliş (26-28-ci həftədə)
► məsləhətvermə
► arterial təzyiqin ölçülməsi, nəbzin sayılması
► uşaqlıq dibinin hündürlüyünün ölçülməsi
► auskultasiya – dölün ürək döyüntülərinə qulaq asılması
► qanın klinik analizi
► sidiyin ümumi analizi
► antirezus immunoqlobulininin rezus-mənfi immunizasiya olmamış qadına yeridilməsi
IV gəliş (30-32-ci həftədə)
► məsləhətvermə
► arterial təzyiqin ölçülməsi, nəbzin sayılması
► uşaqlıq dibinin hündürlüyünün ölçülməsi
► auskultasiya – dölün ürək döyüntülərinə qulaq asılması
► qanın klinik analizi
► sidiyin ümumi analizi
V gəliş (34-36-cı həftədə)
► məsləhətvermə
► arterial təzyiqin ölçülməsi, nəbzin sayılması
► uşaqlıq dibinin hündürlüyünün ölçülməsi
► auskultasiya – dölün ürək döyüntülərinə qulaq asılması
► sidiyin ümumi analizi
► Hepatit B, sifilis testləri
► uşaqlıq yolundan yaxmanın mikroskopik müayinəsi
► Ultrasəs müayinəsi
VI gəliş (38-ci həftədə)
► məsləhətvermə
► arterial təzyiqin ölçülməsi, nəbzin sayılması
► uşaqlıq dibinin hündürlüyünün ölçülməsi
► dölün vəziyyətinin və gələcək hissəsinin təyini üçün qarının palpasiyası. Dölün çanaq gəlişi zamanı doğuşun aparılma taktikasının müəyyən olunması (mamalıq vəziyyətindən asılı olaraq hamiləliyin cərrahi və ya təbii yolla başa çatdırılmasının proqnozlaşdırılması)
► auskultasiya – dölün ürək döyüntülərinə qulaq asılması
► sidiyin ümumi analizi
VII gəliş (40-cı həftədə)
► məsləhətvermə
► arterial təzyiqin ölçülməsi, nəbzin sayılması
► uşaqlıq dibinin hündürlüyünün ölçülməsi
► auskultasiya – dölün ürək döyüntülərinə qulaq asılması
► sidiyin ümumi analizi
-
Diaqnostika
- Amniosentez
- Xorion biopsiyası, ciftin punksiyası
- Göbək ciyəsinin punksiyası
- Ultrasəs müayinə
- On ikinci həftədə skrininq müayinələr. İkili test
- Körpənin cinsiyyəti neçənci həftədə təyin olunur?
- Ana südünün faydaları
- Ana südü haqqında bilmədiklərimiz
- Südvermə dövründə hamiləlik
- Süd vəzi xərçənginin yaranma səbəbləri
- Süd vəzi xərçənginin əlamətləri
- Süd vəzi xərçənginin risk faktorları
- Süd vəzi xərçəngi haqqında maraqlı faktlar
- Ana qayğısı və körpə beyni
- Hamiləlik və yaddaş zəifləməsi
- Hamiləlikdə rezus faktor uyğunsuzluğu
-
Yanaşı xəstəliklər
- Astma
- İİV infeksiyası
- Qaraciyər xəstəlikləri Hepatit A, Hepatit B, Hepatit C
- Diabet
- Hamiləlik dövründə ürək xəstəlikləri
- Trombozlar
- Hamilələrin xolestazı
- Qalxanabənzər vəzin xəstəlikləri
- Epilepsiya
- Karpal kanal sindromu
- Burnun selikli qişasının ödemi
- Arterial təzyiqin aşağı olması
- Baldır əzələlərində qıcolmalar
- Yorğun ayaqlar sindromu
- Simfizin aralanması
- Radikulit
- Bel ağrıları və fəqərələrarası yırtıq
- Mədə qıcqırması ( reflyuks xəstəliyi)
- Hamiləlik və tromboz
- Hamiləlik dövründə dəri xəstəlikləri
- Aşağı boş venanın sıxılma sindromu
- Qida məhsulları ilə infeksiyalaşma