Zərərli içkilər


Alkoqol
Alkoqolun döl üçün zərərli olması artıq təsdiq olunmuşdur. Bu günə qədər hamiləlik dövründə alkoqol qəbulunun yol verilən zərərsiz dozası müəyyən olunmayıb. Bəzi hallarda hamiləlik dövründə spirtli içki qəbul edən qadınlar nəzərəçarpan defekti olmayan uşaq dünyaya gətirir. Və əksinə, elə hallar da olur ki, hamiləlik dövründə az miqdarda spirtli içki qəbul edən qadınlar ciddi qüsurlu övladlar dünyaya gətirir. Spirtli içkinin dozası ilə yanaşı spirtli içki qəbul olunan zaman embrionun və ya dölün hansı inkişaf mərhələsində olması da çox önəmlidir. İnkişafın elə dövrləri var ki, dölün beyni zərərli maddələrin neqativ təsirinə daha həssasdır. Elə inkişaf dövrləri də var ki, zərərli maddələr dölə demək olar ki, neqativ təsir göstərmir. Lakin bu inkişaf dövrləri dəqiqliklə müəyyən olunmadığından yaxşı olar ki, hamiləlik dövründə alkoqol qəbulundan tamamilə imtina olunsun.
Spirtli içkilərin komponentləri cift vasitəsilə dölə təmas edir. Döl orqanizminin inkişafda olan hüceyrələri ana hüceyrələri ilə müqayisədə zərərli təsirə daha çox məruz qalır. Döl orqanizmində alkoqol səviyyəsi uzun müddət ərzində yüksək qalır. Döl böyrəklər vasitəsilə alkoqolu dölyanı mayeyə ifraz edir. Ən əsas problem isə ondan ibarətdir ki, döl yenidən dölyanı mayeni udur. Beləliklə də alkoqol döl orqanizminə bir neçə dəfə daxil olur.
Hamilə qadının spirtli içki qəbul etməsi uşağın psixomotor və intellektual inkişafının ləngiməsinə gətirə bilər. Bu da öz növbəsində təhsil prosesində çətinliklərə, diqqət pozuntusuna səbəb ola bilər. Hətta az miqdarda spirtli içki qəbul olunduqda belə sadalanan fəsadlar qeyd oluna bilər.
Hamiləlik dövründə orta dərəcədə alkoqol istifadəsi hamiləliyin pozulmasına səbəb ola bilər. Alkoqoldan hamiləlik dövründə ifrat dərəcədə istifadə edən qadınların uşaqlarında inkişaf anomaliyaları qeyd oluna bilər. Hamiləlik dövründə xroniki sərxoşluq döldə alkohol sindromuna gətirə bilər. Alkohol dölün qanına keçdikdə ilk növbədə qaraciyər, damar sistemi zədələnir və beynin əqli fəaliyyəti müəyyən edən strukturları zədələnir.
Alkoqol tərkibli istənilən içki döl üçün təhlükəli ola bilər!
Qeyd: Öskürəyə və soyuqdəyməyə qarşı vasitələrin əksəriyyətinin tərkibinə alkoqol daxildir. Hamilə qadınlar bunu nəzərə almalıdırlar.
Nikotin
Nikotin ciftin qan təchizatına neqativ təsir göstərir. Nəticədə dölün həyati vacib qidalı maddələrlə və oksigenlə təchizatı zəifləyir. Bundan başqa, uşaq orqanizmi zəhərli karbon monooksidlə zəhərlənir. Hamilə qadın özü siqaret çəkir, yoxsa siqaret çəkən insanların yanındadır – bunun fərqi yoxdur. Siqaret tüstüsünün tərkibində 4000-ə qədər zəhərli, kanserogen maddə volduğu müəyyən olunmuşdur. Bunların arasında mərgümüş, benzol, qurğuşun, kadmium, karbon monooksid və s. göstərmək olar. Bu zəhərli maddələr birbaşa dölün qan dövranına keçir və bilavasitə dölə təsir göstərir.
Ananın intensiv siqaret çəkməsinin nəticələri artıq məlumdur: az kütləli yenidoğulmuş, qəfləti uşaq ölümü riski, hiperaktivlik, məktəb illərində təhsildə çətinliklər. Son illərə qədər doğularkən bədən çəkisinin az olmasına ciddi diqqət verilmirdi. Hal hazırda müəyyən olunmuşdur ki, az çəki ilə doğulmuş və həyatlarının ilk həftələrində sürətlə çəki toplamış insanlar gələcəkdə piylənməyə meylli olurlar və bu da ürək-damar sistemi xəstəliklərinin, diabetin inkişafı baxımından ciddi problemdir. Siqaret çəkən anaların uşaqlarında allergiya və astma ilə xəstələnmə riski 30% yüksəkdir. Uşağın gələcəkdə siqaret çəkəcəyi ehtimalı da yüksəkdir.
Doğuşdan sonra da ətrafdakıların siqaret çəkməsi uşaq üçün təhlükəlidir. Allergiya, astma, hətta qəfləti uşaq ölümü körpənin yaxın əhatəsində olan şəxslərin siqaret çəkməsi ilə əlaqəli ola bilər.
Hamiləlik dövrü siqareti atmaq üçün çox yaxşı motivasiyadır.
Kofein
Müasir dövrdə bir çox qadınlar günə kofe ilə başlayırlar. Lakin hamiləlik zamanı kofe istifadəsinə ehtiyatla yanaşmaq lazımdır. Son tədqiqatlar göstərmişdir ki, hətta gün ərzində 2 fincan kofe dölə neqativ təsir göstərə bilər. Böyük Britaniyada aparılan tədqiqatlardan biri göstərmişdir ki, hamiləlik dövründə kofe içən hamilələrin uşaqlarının doğularkən çəkisi orta statistik göstəricidən aşağıdır. Gündə 2 fincan kofe qəbulu yenidoğulmuşun çəkisini təxminən 70 qram azaldır. Qeyd olunanlar qara çaya, kolaya və acı şokolada da aiddir – onların da tərkibinə kofein daxildir. Bir fincan kofedə 30-100 mq kofein, bir espressoda – təxminən 40 mq kofein, bir fincan qara çayda təxminən 50 mq kofein var. Südlü şokoladda kofein 15 mq olduğu halda, qara şokoladda 90 mq-a çatır. Cəmi 45 dəqiqə ərzində bu zərərli maddə demək olar ki, tam şəkildə qana keçir və cift vasitəsilə dölə keçir. Bunlarla yanaşı kofein dəmir, kalsium, vitamin C kimi maddələrin sorulmasının qarşısını alır. Bu səbəbdən yeməkdən sonra tərkibində kofein olan içkiləri istifadə etmək məsləhət deyil.
- Hamiləliyin başlanğıcı
-
Sizi qarşıda nə gözləyir?
- Dölün tərpənməsini hamiləliyin hansı həftəsindən sonra hamilə qadın hiss etməyə başlayır?
- Hamiləlik dövründə süd ifrazı
- Düşüklə nəticələnən hamiləlik
- Hamiləlikdə yataq rejimi
- Hamiləlik vaxtı striyalar (dəri dartılması)
- Vakuum və maşaların tətbiqi ilə doğuş
- Ana südünün saxlanması
- Körpəni başqasının qucağına ötürmək
- Uşaq otağının döşənməsi
- Körpəni rahatlatmaq
- Körpəni masaj etmək
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri
- Hamiləlik dövründə yumurta yemək təhlükəsizdirmi?