Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Uşaq otağının döşənməsi

Əksər valideynlər körpəni ona məxsus otaqda saxlamaq istəyəcəklər.

Bu otağa adətən uşaq otağı deyilir. Tövsiyə olunur ki, uşaq otağını körpənizin gəlişindən əvvəl döşəyəsin. Burada nizam-intizam çox vacibdir, çünki bəzi əşyalar və alətlər gözlənilmədən lazım ola bilər.

Uşaq yatağı:

Uşaq yatağı uşaq otağının ən vacib əşyasıdır.

• Təhlükəsiz: Uşaq yatağı pəncərələrdən, havalandırma borularından, radiatorlardan, pərdə qotazları kimi sərbəst sallanan əşyalardan, çərçivəyə salınmış şəkillər və ya lampalar kimi ağır əşyalardan uzaq olmalı, altına yumşaq xalça,yaxud palaz salınmalıdır.

• Rahat: Yataq otağın küncündə yerləşdirilsə, körpənin təhlükəsizlik hissi daha da artar. Uşaq yatağı birbaşa günəş işığının altına qoyulmalı deyil.

• Əlçatan: İdeal uşaq yatağı otağın qapısından görünməlidir, beləliklə, valideynlər körpənin vəziyyətini bir baxışla nəzarətdə saxlaya bilər.