Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Vakuum və maşaların tətbiqi ilə doğuş

Doğuş nə zaman əlavə dəstək tələb edir?

Bəzən doğuşun gec mərhələlərində ana və ya körpə problem yaşayır və körpənin xaric olunması üçün dəstək göstərilməsinə ehtiyac olur. Bəzi hallarda, körpənin vəziyyəti yaxşı olmadığı üçün köməyə ehtiyac duyulur. Digər hallarda, ana güc verməsi üçün maneə təşkil edən bir patologiyaya malik ola bilir. Bəzən uşaqlıq yaxşı yığılmır və ya ananın gücü körpəni effektiv şəkildə xaric edə bilməyəcək qədər tükənmiş olur.

Doğuş zamanı dəstək üçün hansı alətlər istifadə oluna bilər?

Təlim keçmiş səhiyyə mütəxəssisi körpənin xaric olunmasına kömək üçün vakuum və ya mamalıq maşalarəndan istifadə edə bilər. Vakuum, körpənin başına sorma tətbiq edən plastik bir kasadır.  Mamalıq maşaları, doğuş kanalı içində körpənin başının ətrafında rəvan hərəkət etdirilən incə, əyriliyə malik, qida maşasına bənzər alətlərdir.

Nə üçün bəzən doğuş prosesində vakuum və ya maşalar istifadə olunur?

Ana və ya körpənin durumu doğuş müddətində maşalar və vakuum istifadəsini gərəkdirə bilər. Körpənin vəziyyəti qeyri-qənaətbəxşdirsə və ya ana durğunluq ürək çatışmazlığı və ya baş beyin damar malformasiyalarına (baş beyində anomal damarlar yumağı) malikdirsə, vakuum və ya maşalar doğuşda yardım edə bilər. Bu, doğuş prosesi müvafiq şəkildə irəliləmədiyi halda da seçim variantı ola bilər. Müxtəlif digər müdaxilələr, məsələn individual dəstək, oksitosin, epidural anesteziyanın istifadə olunduğu qadınlarda gücvermənin gecikdirilməsi vakuum və ya maşalara ehtiyacı azaldır.

Vakuum və ya maşaların tətbiqi ilə doğuş zamanı nə baş verir?

Vakuum tətbiqilə doğuş zamanı vakuum cihazının kasası körpənin başı üzərinə yerləşdirilir və yüngül sorma tətbiq olunur. Səhiyyə xidmətləri təminatçısı vakuumdan ananın körpəni doğuş kanalı boyu hərəkət etdirməsinə kömək üçün istifadə edir.

Əgər səhiyyə xidmətləri təminatçısı maşalardan istifadə edəcəksə, adətən müəyyən anestetik  alacaqsınız ki, bu ya epidural, yaxud yerli inyeksiya vasitəsilə yeridilir. Epiziotomiya (uşaqlıq yolu və anal dəlik arasında kəsik) aparılmasına ehtiyac yarana bilər, lakin bu hər zaman tələb olunmur. Daha sonra maşalar körpənin başının hər iki tərəfinə yerləşdirilir və körpəni döndərmək və ya yüngül çəkmək üçün istifadə olunurlar.

Bu metodların hər ikisi körpənin başında müəyyən qansızmalara səbəb ola bilər. Həmçinin ananın uşaqlıq yolu və ya çanaq dibində cırılmalara səbəb olma ehtimalları daha yüksəkdir. Vakuum və maşalar yalnız körpə doğuş kanalında yetərincə aşağı endiyində, körpənin doğulması prosesinin son mərhələsində yardım göstərmək üçün istifadə olunur.