Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Yenidoğulmuşların Metabolik Skrininq Testi

Yenidoğulmuşların metabolik skrininqi (daban testi) körpə doğulduqdan 3-5 gün (doğuş hamiləliyin 37-ci həftəsinə qədər olan zaman, 7-14 gün) ərzində aparılır. Bu test üçün körpə dabanından bir neçə damcı qan götürülür və filtr kağızın üzərinə qoyulur, qan quruduqdan sonra skrininq test aparılır.

Skrininq testinin ilk iki həftədə aparılmasının məqsədi:

20-yə yaxın metabolik xəstəlik yenidoğulmuşun həyatının ilk 2 həftəsi ərzində geri dönüşü olmayan ağır fəsadlara və vaxtından əvvəl ölümə səbəb ola bilər. Testin aparılmasının əsas məqsədi neonatal dövrdə metabolik xəstəliklərin aşkarlanması və körpədə bu səbəbdən yarana biləcək geri dönüşü olmayan fəsadların vaxtında qarşısının alınmasıdır.

Hər hansı klinik əlamətdən asılı olmayaraq aparılan skrininq test sağlam gələcəyimizin təminatı ola blər.