close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

Faydalı qida məhsulları

  

-     Tərkibində yüksək səviyyədə  qidalı maddələr və həyati vacib elementlər olan məhsullar: yağsız süd və süd məhsulları, yağsız ət, quş, həftədə 1-2 dəfə yağsız  balıq (qızılbalıq, pikşa, kambala, treska), təzə tərəvəz və meyvələr, tərəvəz və meyvə şirələri, kartof, düyü və buğda unu məmulatları

-          Yerli mövsüm məhsulları

-          Ekoloji təmiz məhsullar – orqanizmə pestisidlərin və veterinar dərman preparatların daxil olmasının qarşısının alınması məqsədilə

-          Doymamış və polidoymamış yağ turşuları : bitki yağı ( günəbaxan yağı, soya yağı, qarğıdalı yağı, zeytun yağı), balıq ( skumbriya, siyənək, qızılbalıq)

-          Gün ərzində 30 qramdan az olmayaraq ballast maddələr

-          Kifayət qədər  maye qəbulu: təbii mineral su, tərəvəz və meyvə şirələri, çay

-          Müntəzəm olaraq – tərkibində dəmir olan qida məhsulları - ət, balıq. Dəmirin daha yaxşı sorulması üçün C vitamini ilə zəngin qida məhsulları da vacibdir.