Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Planlaşdırılmış qeysəriyyə əməliyyatı

Əsas məqamlar

• Qeysəriyyə əməliyyatı cərrahi əməliyyatdır. Qarın və uşaqlıq üzərində kəsiklər edilir və körpəniz kəsikdən çıxarılaraq ana bətnindən xaric edilir.

• Qeysəriyyə əməliyyatı 30-60 dəqiqə çəkir. Əməliyyat otağında sizinlə bir neçə nəfər olur. Adətən, sizə dəstək verən bir şəxsin orada sizinlə bərabər qalmasına icazə verilir .

• Qeysəriyyə əməliyyatından sonra dərhal körpənizi görə bilərsiniz və onu əlinizə ala bilərsiniz. Daha ideal olan hal budur ki, siz körpə ilə dəridən-dəriyə təmas qura biləsiniz.

• Qeysəriyyə əməliyyatından sonra ağrı və narahatlıqların hiss edilməsi normal bir haldır.

• Xəstəxanaya getməyə hazırlaşdıqda isə xəstəxanadan evə dönmək  məqamı üçün əvvəlcədən  bəzi praktik hazırlıqları görmək  yaxşı bir ideyadır.

Sizin qeysəriyyə əməliyyatı ilə doğuş keçirməniz haqqında hissləriniz

Əksər hallarda qadınlar istər vaginal, istərsə də qeysəriyyə əməliyyatı yolu ilə körpələrini dünyaya gətirməklə bağlı, güclü hisslər keçirirlər, gözləntiləri var və öz seçim üstünlüklərinə malikdirlər.

Bəzi qadınlar qeysəriyy əməliyyatı ilə doğuş etdikdə özlərini yaxşı hiss edirlər, digərləri isə vaginal yolla doğa bilmədiklərinə görə məyus olurlar və ya kədərə bürünürlər.

Hansı hissləriniz olursa -olsun, bu hisslərinizi həyat yoldaşınız, ailəniz, dostlarınız və səhiyyə işçiləri ilə bülüşmək sizə kömək edə bilər.

Qeysəriyyə əməliyyatlarının növləri

İki növ: aşağı seqmentdə aparılan və klassik aparılan qeysəriyyə əməliyyatı kəsiyi var.

Xaricdən abdominal sahəyə nəzər slamaqla hansı növ kəsikdən istifadə edildiyini demək çətindir. Çünki, bu kəsiklər uşaqlıq üzərində edilir. Bəzən qarın üzərində edilən kəsik, uşaqlıq üzərində olan kəsikdən fərqli olur.

Xəstəxanadan çıxmazdan əvvəl, həkimdən uşaqlıq üzərində hansı kəsikdən istifadə edilməsini soruşmaq lazımdır. Gələcək doğuşlarla bağlı qərar verərkən bu əldə etdiyiniz bu faydalı məlumat sizə kömək edə bilər.

Aşağı seqmentdə aparılan qeysəriyyə əməliyyatı

Bu cür əməliyyat daha çox edilən qeysəriyyə əməliyyatıdır. Əməliyyat aparan mama cərrahı, adətən, uşaqlığın aşağı hissəsində, bikini xətti boyunca üfüqi bir kəsik edir. Ümumiyyətlə götürdükdə, bu növ qeysəriyyə əməliyyatının üstünlüklərinə yaranın yaxşı sağalması və hamiləlikldə digər problemlərin yaranma ehtimalının az olmasıdır.

Klassik qeysəriyyə əməliyyatı

Bu cür əməliyyatlar mama-cərrahının uşaqlıq üzərində şaquli kəsik aparması zamanı baş verir. Klassik qeysəriyyə əməliyyatı çox yayılmamışdır və adətən yalnız çox ciddi  və təcili hallarda istifadə olunur. Körpə çox erkəndirsə və ya doğuş yan gəlişlə gedirsə, yaxud cift çox aşağı sallanırsa, klassik keysəriyyə əməliyyatına ehtiyac ola bilər.

Bu cür qeysəriyyə əməliyyatı gələcək hamiləliklərdə və doğuşlarda problem riskini artıra bilər, çünki  belə olduqda uşaqlığınızın cırılma riskini bir qədər artmış olur.

Qeysəriyyə əməliyyatları Azərbaycanda da daxil olmaqla bir çox ölkələrdə geniş yayılmışdır. Təxminən 3-4 uşaqdan biri qeysəriyyə əməliyyatı yolu ilə dünyaya gəlir.

Xəstəxanaya getməzdən əvvəl: planlı surətdə həyata keçirilən qeysəriyyə əməliyyatına hazırlıq

Bu cür qeysəriyyə əməliyyatından əvvəl ac qalmaq lazımdır. Bu o deməkdir ki, əməliyyatdan altı saat əvvəl qida və maye qəbul edilməməlidir. Əməliyyatönü ac qalma müddəti xəstəxanadan-xəstəxanaya dəyişir.

Əksər xəstəxanalar sizə özünüz və körpəniz üçün gətirəcəyiniz geyimlərin siyahısını verir. Evdən çıxmazdan əvvəl, lazım olmasını duyduğunuz hər bir əşyanın mövcudluğunu yoxlamaq yaxşıdır.

Sizə dəstək olan şəxslərdən çəkiliş kamerası və ya kameralı telefon gətirmələrini xahiş edə bilərsiniz. Lakin, körpənizin doğulma anının foto və ya videosunun çəkilməsinə icazə verilməsini xəstəxana heyətindən soruşmağı unutmayın, xəstəxana işçilərinin və ya avadanlıqlarının fotolarını çəkmək üçün icazə alınmasına ehtiyac ola bilər.

Doğuş şöbəsində planlaşdırılmış qeysəriyyə əməliyatına hazırlaşakən

Adətən, qeysəriyyə əməliyyatına ehtiyacı olan qadınlar xəstəxanın doğuş şöbəsinə qəbul edilirlər. Xəstəxanaya isə səhər erkən gəlmək lazımdır.

Qan laxtalanma riskiniz varsa, onun qarşısını almaq üçün sizə müvafiq dərmanlar vurulacaqdır. Əməliyyat zamanı geyinmək üçün sizə kompressiya yaradan corablar da veriləcək.

Qarının aşağı hissəsi və qasıq nahiyəsi tüklərdən azad edilməlidir. Bu əməliyyat olacaq sahənin təmizlənməsidir və çünki  belə olduqda infeksiyalaşma ehtimalı aşağı salınır.

Qeysəriyyə əməliyyatından əvvəl həkiminiz sizinlə hər hansı bir sağlamlıq problemi, allergiya, qanaxma və ya dəri zədələnməsi kimi fəsadların olması və digər dərmanların qəbulu barədə danışmaq istəyəcəkdir.

Narahatlıq hiss edirsinizsə və ya öyrənmək istədiyiniz başqa bir şey varsa, əməliyyatdan əvvəl həkimlər və ya mamalarla danışın. Doğuşun uğurla keçməsi üçün üstünlük verdiyiniz hər nə varsa, bunu əvvəlcədən tibb heyətinə bildirin ki, sizə dəstək olmaq üçün əllərindən gələni etsinlər.

Əməliyyat otağında: anesteziya edici maddələr və digər preparatlar

Planlaşdırılmış qeysəriyyə əməliyyatını həyata keçirmək üçün siz  əməliyyat otağına aparılacaqsınız. Əməliyyat zamanı heç bir ağrı hiss etməməyiniz üçün burada sizə narkoz verilməsi üçün hazırlıq aparılacadır. Planlaşdırılmış qeysəriyyə doğuşlarında əksər hallarda spinal (bel nahiyəsində aparılan) anesteziyadan istifadə edirlər. Yəni spinal anesteziya daha çox tətbiq edilir. Planlaşdırılmamış (təcili) qeysəriyyə doğuşları üçün epidural anesteziyadan istifadənin ehtimalı daha yüksəkdir.Spinal və epidural anesteziya ilə siz oyaq qalacasınız və müstəqil tənəffüs etmə fəaliiyyətini saxlayacaqsınız. Ümumi anesteziyadan isə yalnız spinal və ya epidural anesteziya mümükün olmadıqda istifadə edilir. Əgər körpəninin daha tez bir zamanda doğulmasına ehtiyac varsa, onda doğuş ümumi anesteziya vasitəsi ilə həyata keçirilə bilər. Ümumi narkoz altında doğuş  isə sizin narkoz yuxusunda olduğunuz zaman baş verir. Vena daxilinə dərman yeritmək üçün əlinizin arxasına və ya dirsəyin içinə konyula qoyulur.

Qarın nahiyəsi əməliyyat heyəti tərəfindən antiseptiklə təmizlənir və infeksiya riskini azaltmaq üçün steril tənziflə örtülür. Sidik kisəsinin boşaldəlması üçün sidik kanalına xarici sidik axarı vasitəsi ilə plastik boru (kateter) yeridilir. Əməliyyat otaqları olduqca soyuq ola bilər, buna görə üşüyürsünüzsə əlavə odeyal istəyin. Əməliyyata girərkən narahatlıq hissi keçirmək və bəzən göz yaşları tökmək normaldır. Əgər ciddi tibbi problemlər mövcud deyilsə və ümumi anesteziyaya ehtiyac yoxdursa, əməliyyata hazırlıq zamanı və onun gedişində yanınızda bir köməkçiniz ola bilər. Dəstək verən şəxs yanınızda oturub əlinizi tuta bilər.

Sizin qeysəriyyə əməliyatınız

Qeysəriyyə əməliyyatı adətən 30-60 dəqiqə çəkir. Əməliyyat otağında sizinlə mama-cərrah, anesteziya həkimi, əməliyyat bacıları və ehtimal ki, pediatr və mama daxil olmaqla bir neçə nəfər olacaq. Sizin və dəstəkləyici şəxsin əməliyyatı görə bilməməsi üçün döş nahiyəsinə pərdə çəkilir. Anestezioloq hazırlıq işlərini tamalandıqdan sonra cərrah qarın nahiyəsində və uşaqlıqda kəsiklər edəcəkdir. Hər iki kəsik təxminən 10 sm uzunluqda olacaq. Körpəniz kəsiklər vasitəsi ilə ana bətnindən çıxarılır. Dartılma və ya çəkilmələr olduğunu hiss edə bilərsiniz, ancaq heç bir ağrı olmayacaq. Bəzən həkim körpənizin kəllə nahiyəsini maşa tərtib edərək qaldıra bilər. Hər şey qaydasındadırsa, siz həkimdən körpənizi dik tutmasını xahiş edə bilərsiniz ki, onu ilk baxışda tam görə biləsiniz. Göbək ciyəsi kəsiləcək və ciftiniz çıxarılacaq. Sonra həkimlər və mamalar körpənizi çox diqqətlə yoxlayacaqlar. Körpənizdə hər şey qaydasındadırsa, onunla ən qısa müddətdə dəri təması yaratmaq tövsiyə olunur. Dəridən-dəriyə təmas körpənizin isti qalmasına kömək edir və sizin körpənizə fiziki cəhətdən dərhal bağlanmağınıza imkan yaradır. Əgər siz körpənizi əməliyyat otağında əlinizə ala bilmirsinizsə, böyük ehtimalla dəstəkləyici şəxs bunu sizin əvəzinə edə biləcəkdir.

Həkimiz, uşaqlığın yığılmasını və qanaxmanı azaltmaq üçün venadaxilinə damcılama yolu ilə dərmanlar verilməsini tövsiyə edəcəkdir. Həmçinin, infeksiyadan qorunmaq üçün sizə vena

daxilinə antibiotik vurulacaqdır. Həkimiz qarın nahiyəsində uşağı, əzələləri, piy və dəri qatlarını bir-birinə birləşdirərək onlara tikiş qoyacaq və yaranızın üstünü sarğı ilə bağlayacaq. Doğuşdan sonra sizin tərəfinizdən ən qısa müddətdə edilən dəridən-dəriyə təmasın tətbiq edilməsi və ya  dəstək verən şəxsin körpənin sığallaması yenidoğulmuşun sağlamlığı üçün müsbət bir addımdır.

Qeysəriyyə əməliyatı ilə doğuşdan sonra

Əməliyyatdan sonrakı otaqda mama və tibb bacıları yeni doğmuşlar üçün palataya köçməyə hazır olana qədər sizin qayğınıza qalacaqlar. Çox güman ki, körpəniz sizinlə qalacaqdır. Körpənizi ilk dəfə əmizdirməyinizə kömək etmək üçün mamanızın sizinlə birlikdə əməliyyatdan sonrakı otağa gəlməsini xahiş edə bilərsiniz. Əgər tibbi heyət sizin və ya körpənizin sağlamlığından narahatdırsa, ilk dövrdə bu əmizdirmə mümkün olmaya bilər. Ümumi anesteziyadan sonra və yuxudan oyanana qədər mama və ya tibb bacıları təxminən 30-60 dəqiqə ərzində əməliyyat sonu otaqda sizi müşahidə altında saxlayacaqlar. Oyandıqdan sonra körpənizi görmək imkanına malik olmalısınız.

Qeysəriyyə əməliyyatından sonra və xüsusən hərəkət edərkən, ağrıların olması və narahatlıq hisslərinin keçirilməsi normal haldır. Mamaya özünüzü necə hiss etdiyinizi bildirin. Ağrılarınızı nəzarətda saxlamaq sizin daha sürətlə sağalmanıza kömək edəcəkdir. Əgər əmizdirirsinizsə, istifadə etdiyiniz hər hansı bir dərmanın körpəniz üçün təhlükəsiz olduğunu həkiminiz və ya mamanızdan soruşun.

Mamanız ilk bir neçə saat ərzində təzyiqinizə, yaranıza və vaginal qanaxmanın miqdarına nəzarət etməyə davam edəcəkdir. İlk 12-24 saat ərzində yəqin ki, venadaxili kanyula  və sidik kateteri qoyulacaqdır. İlk 12 saatdan sonra mama sizə kömək edəcəkdir ki, ayağa qalxasınız və duş qəbul edəsiniz.

Ana südü ilə əmizdirmə

Ana südü, körpənizin sağlam və güclü böyüməsinə kömək edəcək ən yaxşı qidadır.

Qeysəriyyə əməliyyatından sonra əmizdirməyə başlamaq üçün bir qədər vaxt tələb oluna bilər. Əgər mümkünsə, xəstəxanadakı mamalardan və laktasiya məsləhətçisindən dəstək xahiş etmək yaxşı bir fikir ola bilər. Onlar sizə ana südü ilə qidalandırarkən körpənizi tutmağın ən düzgün yollarını göstərə bilərlər. Əmizdirməyə nə qədər tez başlasanız, bu sizin və körpəniz üçün bir o qədər asan olar.

Bəzi xəstəxanalar köməklik göstərmək xüsusi bir mama təyin edirlər və onlar qadınlara əməliyyatdan sonrakı otaqda dərhal körpələrinin əmizdirmələrini məsləhıət edirlər.

Qeysəriyyədən sonrakı ilk altı həftə ərzində ev işlərində köməklik göstərilməsi üçün başqalarına müraciət etmək daha düzgündür. Məsələn bərpa müddəti ərzində dostlarınız ev işlərində yardımçı olmada və ya digər uşaqlarınızı məktəbə aparmaqda sizə kömək edə bilərlər.