Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlikdə dehidratasiyanın təsirləri

 Dehidratasiya - orqanizmdən xaric olan mayenin miqdarı daxil olan maye miqdarından artıq olduqda baş verir. Dehidratasiya təkcə hamiləlikdə deyil, hamiləlikdən kənar dövrdə də orqanizm üçün təhlükəli hesab edilir. Hamiləliyin ilk trimestrində dehidratasiya ilə bağlı qarşılaşa biləcəyiniz risk faktorları bunlardır:
Anaya təsiri: Səhərlər ürəkbulanmaya səbəb olur və bu zaman hamilə qadın maye qəbul etməkdən qorxur ki, bu da ürəkbulanmanın daha da kəskinləşməsinə gətirib çıxarır. Hamilə qadın orqanizmdən itirilən mayeni bərpa etmək üçün su qəbulundan imtina etsə, bu zaman xəstəxana şəraitində venadaxili maye köçürülməsi lazım gələcək.
Körpəyə təsiri: Orqanizmdə kifayət qədər mayenin olmaması körpəni əhatə edən amnion mayenin miqdarının azalmasına səbəb olacaq.
Oliqouriya- sidiyin miqdarının az olması;
Ağız və burunun selikli qişasında quruluğun olması;
Dilin şişməsi, dodaqların çatlaması hallarının baş verməsi;
Ürəkbulanma və qusmanın olması;
Zəiflik, süstlük, diqqəti toplamaqda çətinlik çəkmə;                                                                                                                                                                                               Dərinin quruluğu və elastikliyin itməsi.

Dehidratasiyanın qarşısını almaq üçün hamiləlik dövründə gündəlik su qəbuluna diqqət etməyinizdə fayda var.