Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Arterial təzyiqin yüksəlməsi

 

Hamiləlikdə "hipertenziya" yəni, arterial təzyiqin yüksəlməsi təhlükəli bir hal olub, hamilə qadınların 6-8 faizində rast gəlinir. Bu zaman hamiləlik "yüksək riskli hamiləlik" qrupuna aid edilir. Bəs hamiləlik zamanı təzyiq normada neçə olmalıdır?
Hamiləlikdə normal arterial təzyiq:
Sistolik təzyiq ≤ 140 mm Hg st,
Diastolik təzyiq ≤ 90 mm Hg st.
Hamiləlikdə yüngül hipertenziya:
Sistolik təzyiq 140-149 mm Hg st,
Diastolik təzyiq 90-109 mm Hg st.
Hamiləlikdə ağır hipertenziya:
Sistolik təzyiq ≥ 150 mm Hg st,
Diastolik təzyiq ≥ 110 mm Hg st.
Əvvəlcə arterial təzyiqin yüksəlməsinin hamiləliyə bağlı olub-olmamasını araşdırmaq lazımdır. Əgər, 20-ci həftəyə qədər aparılan ölçmələrdə təzyiq normal olmuşsa, yalnız 20-ci həftədən sonra yüksəlmişsə, bu, hamiləliyə bağlı hipertenziya, digər adı ilə desək, hestasional hipertenziyadır.
Diaqnoz qoymaq üçün təzyiq 6 saat ara ilə ən az 2 dəfə, hamilə qadının rahat vəziyyətində ölçülməlidir.