Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik və yaddaş zəifləməsi

Hamilə xanımları maraqlandıran suallardan biri də hamiləlik zamanı yaddaş zəifləməyinin olmağı barədədir. 

Aparılan araşdırmalara görə, hamiləlik prosesi yaddaşın zəifləməyinə təsir edə bilir. Belə ki, hamiləlik zamanı qanda hormonların səviyyəsinin dəfələrlə artması beyin qabığında alterasiyaya, yəni neyronların zədələnməsinə səbəb olur.

Alterasiya, xüsusilə, beynin qərar vermə, plan qurma mərkəzi olan prefrontal korteksdə və yaddaşla bağlı bölgə olan hippokampda özünü göstərir və bu nahiyələrdəki neyron itkisi bərpa olunmur, hər hamiləlik zamanı yenə də hüceyrələrin zədələnməsi baş verir.

Maraqlısı budur ki, FMRT ilə müşahidə zamanı anaların öz körpələrini gördüklərində beynin məhz hamiləlik zamanı həcmi azalan sahələrinin işıqlanması görülür. Bu da sübut edir ki, hamiləlik zamanı beyin həcmində baş verən dəyişikliklərin bir məqsədi var və bu, ananın öz körpəsinə qayğı göstərməsinin bioloji təməllərindən biridir.