Hamiləlikdə sağlam həyat tərzi


Hamiləlikdə sağlamlığınıza diqqət etmək hər zamankından daha vacibdir. Çünki siz artıq iki nəfərin-həm özünüzün, həm də körpənizin sağlamlığına görə məsuliyyət daşıyırsınız.
Əgər hamilə qalmağı planlayırsınızsa, yaxud artıq hamiləsinizsə, deməli, həyatınızda dəyişiklik yaratmağın və daha sağlam yaşamağın tam vaxtıdır. Gəlin, bugün sağlam həyat tərzinin təməl prinsipləri ilə tanış olaq:
Sağlam qidalanma;
Qidalanma sağlamlığımıza, həyatımıza yanaşma tərzimizə və əhval-ruhiyyəmizə təsir edən ən mühüm faktorlardan biridir. Qəbul edilən qida günü-gündən böyüyüb inkişaf edən dölün enerjiyə, qida maddələrinə, vitaminlərə və minerallara təlabatını ödəməlidir.
Kifayət qədər fiziki aktivlik;
Hamiləlik dövrünü nə qədər aktiv keçirsəniz, orqanizminizdə gedən forma və ölçü dəyişikliklərinə o qədər yaxşı adaptasiya olarsınız. Belə ki, hamiləlikdə fiziki aktivlik nəinki ana, həm də döl üçün faydalıdır.
Düzgün qurulmuş yuxu rejimi;
Digər əhəmiyyətli faktor yuxudur. Yuxu, xüsusilə, hamiləlik zamanı 7-8 requlyar, rahat olmalıdır. Düzgün yuxu rejimi insanın həm psixi sağlamlığına, həm də fiziki sağlamlığına müsbət təsir göstərir.
Stressin düzgün idarə olunması.
Stress – orqanizmin artmış yükə, gərginliyə, vəziyyətin yaxşı tərəfə olmayan dəyişikliklərinə təbii reaksiyasıdır. Gündəlik həyatınızda stressi aradan qaldırmaq üçün bunları etmək tövsiyə edilir:
Autogen məşqlər Yoqa Meditasiya
Bu vasitələr hamilə qadına daxili rahatlığa nail olmağa imkan verir. Əgər bu təməl prinsiplərlə tanış olsanız və həyatınıza mümkün qədər tətbiq edə bilsəniz, nəinki hamiləlik, zahılıq, həmçinin, həyatın digər dönəmlərində də sağlam həyat tərzindən uzaqlaşmayacaqsınız.
- Hamiləliyin başlanğıcı
-
Sizi qarşıda nə gözləyir?
- Dölün tərpənməsini hamiləliyin hansı həftəsindən sonra hamilə qadın hiss etməyə başlayır?
- Hamiləlik dövründə süd ifrazı
- Düşüklə nəticələnən hamiləlik
- Hamiləlikdə yataq rejimi
- Hamiləlik vaxtı striyalar (dəri dartılması)
- Vakuum və maşaların tətbiqi ilə doğuş
- Ana südünün saxlanması
- Körpəni başqasının qucağına ötürmək
- Uşaq otağının döşənməsi
- Körpəni rahatlatmaq
- Körpəni masaj etmək
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri
- Hamiləlik dövründə yumurta yemək təhlükəsizdirmi?