Hamilələrin qidalanmasında tövsiyələr


Hamiləlik zamanı sağlam və düzgün qidalanma ana olmaq istəyən hər bir qadının əsas vəzifələrindən biridir. Nəzərə alsaq ki, embrion, daha sonra isə döl öz inkişafı üçün lazım olan bütün qida maddələrini ancaq ana orqanizmindən əldə edir, o zaman ana iki dəfə daha diqqətli olmalıdır. Hər şeydən əvvəl isə ana olmağa hazırlaşan xanımlar zərərli vərdişlərdən əl çəkməlidir. Çünki, hər bi hamilə xanımın spirtli içki və tütündən istifadə etməsi körpədə ağır inkişaf qüsurları, gələcəkdə isə kobud davranış pozuntuları ilə nəticələnə bilər.
Hamilə qadınların qidalanmasına aid bəzi tövsiyələr aşağıdakılardır:
- Qidalanma zamanı həddindən artıq yemək yaxud uzunmüddətli aclıq fasilələrinin olması yolverilməzdir.
- Hamilə xanımların gündəlik rasionunda 1,5-2 litr təmiz içməli su olmalıdır. Böyrəklər və qaraciyərin üzərinə düşən yük azalmalıdır, ancaq ödemlərin inkişafının qarşısını almaq üçün hədsiz çox maye qəbul etmək də düzgün deyil.
- İstifadə edilən qida məhsullarının mümkün qədər təbii olmağına diqqət yetirilməlidir.
- Qida rasionundan konservantlar, emulqatorlar, aromatizatorlar əlavə olunmuş qidalar kənarlaşdırılmalıdır.
- Hamilə qadının menyusunu energetik cəhətdən balanslaşdırılmış, mineral və vitaminlərlə zəngin qida (ət, balıq, meyvə-tərəvəz, süd məhsulları, çörək, sıyıqlar) təşkil etməlidir. Çünki bəzi qida maddələrinin rasionda olmaması xoşağəlməz nəticələrə səbəb ola bilər.
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri