Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Süd vəzi xərçəngi haqqında maraqlı faktlar

  "Hamiləlikdə İnkişaf Portalı" olaraq. bu dəfə süd vəzi xərçəngi haqqında maraqlı faktları bölüşürük:

   -  Süd vəzi xərçəngi diaqnozu qoyulan hər qadının süd vəzi götürülmür.

   -  Süd vəzilərində olan hər ağrı xərçəngin olması demək deyil.

    - Çox hamiləlik yaşamaq və ilk hamiləliyin erkən yaşlarda olması bir çox hallarda süd vəzisi xərçənginin riskini aşağı sala bilir.

    - Süd vəzisi xərçəngi üçün əsas risk faktoru qadın olmaqdır. Lakin buna baxmayaraq, bu xəstəlik kişilərdə də rastlanır, sadəcə qadınlarda kişilərə nisbətən daha çoxdur.

    - Süd vəzi xərçəngi hamilələrdə və süd verən analarda da ola bilər. Artıq çəkinin, xüsusilə klimaks (menapauza) dövründə süd vəzisi xərçəngi riskinin artdığı məlumdur. Klimaksdan sonra yağ toxuması çox olan qadınların bədənindəki esterogen hormonunun səviyyəsi də yüksəlir və nəticədə süd vəzisi xərçəngi riski də artır.