Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Süd vəzi xərçənginin risk faktorları

   Süd vəzi xərçənginin risk faktorları aşağıdakılar daxildir:

    Cinsiyyət faktoru: Süd vəzi xərçənginin əsas faktoru qadınlardır. Bəzi hallarda kişilərdə də rast gəlinsə də, faiz etibarilə qadınlar çoxluq təşkil edir.

    İrsiyyət faktoru: Süd vəzi xərçənginin yaranmasında genetik faktorların rolu böyükdür.

   Spirtli içki və zərərli vərdişlər faktoru: Alkaqol və digər bu tip içkilər, tütündən istifadə süd vəzi xərçənginin yaranmasına təsir göstərir.

   Pasientin şəxsi anamnezində (xəstəlik tarixçəsi) süd vəzi xərçənginin olması: Belə ki, əgər qadının bir süd vəzisində xərçəng müəyyən olunubsa, digər süd vəzisində də xərçəng olma       riski, sağlam qadınlara nisbətdə faiz etibarilə dəfə daha çoxdur.

  Yaş faktoru: Adətən, süd vəzi xərçənginin olması riski yaş artdıqca, daha da artır.

  Klimaks (menopauza) dövründən sonra hormonal dəstək: Əgər orqanizmə həddindən artıq hormanal müalicə olunubsa, xəstəliyə tutulma riski artır.

  Bütün bunların qarşısını almaq üçün erkən müayinə və müdaxilə mütləqdir.