Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Süd vəzi xərçənginin əlamətləri

   Süd vəzi xərçəngi, süd vəzi toxumasını əmələ gətirən hüceyrələrin nəzarətsiz şəkildə çoxalmasıdır. Süd vəzi xərçənginin əlamətləri aşağıdakılardır:

 Süd vəzilərində asimmetriyanın olması (ölçü və formasında dəyişikliklər)

 Süd vəzilərində hər hansı qızartı və ya yaranın olması;

 Süd vəzi giləsindən şəffaf rəngli yaxud qanlı axıntının gəlməsi;

 Süd vəzilərində ağrıların olması;

 Süd vəzi giləsində içəriyə dartılmanın yaranması;

 Süd vəzilərində yaranın və ya qızartıların olması;

 Süd vəzinin dərisində portağal qabığına oxşayan dərinin olması və ətrafında kiçik "çökəkliklər"in yaranması

 Əgər bu əlamətlərdən hər hansı birini müşahidə edir yaxud özünüzü narahat hiss edirsinizsə, mütləq mütəxəssisə müraciət edin.