Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Süd vəzi xərçənginin yaranma səbəbləri

 

Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən xərçəng növüdür. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) statistikasına görə, hər il dünyada 1 milyondan çox süd vəzi xərçəngi ilə xəstələnmə hadisəsi qeydə alınır.

Oktyabr ayı bütün dünyada süd vəzi xərçənginə qarşı mübarizə və maarifləndirmə ayı kimi qeyd olunur. Dünyada bu məsələyə diqqət çəkmək üçün çəhrayı rəngdən istifadə olunur və oktyabr ayı “Çəhrayı ay” adlanır.

Ümumiyyətlə, süd vəzi xərçəngi xərçəng xəstəliyinin bir növüdür və əsas etibarı ilə qadınlarda rast gəlinir. Xəstəliklə mübarizənin əsas yolu erkən diaqnoz və müalicədir. Süd vəzinin yaranma səbəbləri isə aşağıdakılardır:

 - Hormonal səbəblər. Qadınlarda estrogen hormonunun normadan artıq olması;

 - Süd vəzi törəmələrinin olması (BRCA1 və ya BRCA2)

 - Genetik səbəblər. Nəsildə varsa, xəstəliyə tutulmaq riski 50 %-dir.

 - Erkən yaşda menstruasiya prosesinin başlaması;

 - Klimaks (menopauza) dövrünün gec başlaması;

 - Heç vaxt uşaq dünyaya gətirməyən və süd verməmək;

 - Spirtli içkilər və siqarət çəkmək kimi zərərli vərdişlərin olması