Maqnezium


Maddələr mübadiləsində iştirak edən bir çox fermentlər üçün maqnezium kofaktor rolunu oynayır, yəni bir çox fermentlərin maksimal aktivliyinin təzahür etməsi üçün vacib olan qeyri-zülali kimyəvi birləşmədir. Maqnezium çatışmazlığı baldır əzələlərində qıcolmalara, mədə-bağırsaq traktında spazmlara səbəb olmaqla yanaşı daha ciddi problemlərə - düşüyə, vaxtından əvvəl doğuş sancılarına gətirə bilər. Maqneziumun təbii mənbələrinə ilk növbədə yaşıl tərəvəzlər, günəbaxan toxumları, təbii düyü, badam, buğda unu, banan və bu elementlə zəngin mineral su aid edilir.
Bir çox hamilələrə həkim mama-ginekoloqlar tərəfindən maqnezium preparatları təyin olunur. Hamilə qadınlara gündə 310 mq maqnezium istifadə etmək tövsiyə olunur. Maqnezium və dəmir qarşılıqlı olaraq bir-birinin sorulmasına maneçilik törətdiyindən bu preparatlar ayrılıqda və 2 saatdan az olmayan intervalla qəbul olunmalıdır.
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri