Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik zamanı fiziki aktivliyin faydaları

 

Hamiləlik xəstəlik və ya patalogiya deyil,normal fizioloji prosesdir. Buna görə də hamiləlik zamanı fiziki aktivliyi məhdudlaşdırmaq üçün heç bir əsas yoxdur.

Əksinə, hamiləlik dövrünü nə qədər aktiv keçirsəniz, orqanizminizdə gedən forma və ölçü dəyişikliklərinə o qədər yaxşı adaptasiya olarsınız. Belə ki, hamiləlikdə fiziki aktivlik nəinki ana, həm də döl üçün faydalıdır. Həmin faydaları nəzərinizə çatdırırıq:

 

 - Hamilə qadının həm fiziki, həm psixoloji cəhətdən özünü daha yaxşı hiss etməyinə səbəb olur.

 - Erkən doğuş riskini azaldır və doğuş müddətini qısaldır.

 - Doğuş zamanı daha az doza ağrıkəsici ilə daha effektiv anesteziya əldə edilir.

 - Zahılıq dövründə fiziki və mənəvi cəhətdən bərpa müddəti daha qısa olur.

 - İlk trimestrdə idman hərəkətləri, adətən, məsləhət görülmür.

 - Əgər çox hərəkətsiz həyat tərziniz varsa, gündə 30 dəqiqə açıq havada gəzmək və ya yoqa ilə məşğul olmaq faydalı olacaqdır.