Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Südvermə dövründə hamiləlik

Laktasiya (südvermə) dövrü həm ana, həm də körpənin sağlamlığı üçün çox mühümdür. Ana südünün körpənin zehninin inkişafı, immun və həzm sisteminin inkişafındakı rolu əvəzolunmazdır.  Körpənin, xüsusilə, ilk 6 ayda əmizdirilməsi qidalanmasında qızıl standart hesab olunur. Bundan başqa əmizdirmə həm körpənin, həm də ananın beynində oksitosin sintezinə səbəb olmaqla, ana-övlad münasibətlərinin sağlam təməllər üzərində atılmasını təmin edir.

Bəzi hallarda qadınlar laktasiya dövründə hamilə qalırlar. Çox zaman bu, laktasiyanın hamiləliyə qarşı qoruyucu təsirinə inanıb əlavə heç bir vasitədən istifadə olunmaması zamanı baş verir.

Körpəmi əmizdirirəm. Hamiləlikdən qorunmaq üçün əlavə vasitələrdən istifadə etməyimə ehtiyac varmı?

 Burda 3 faktor rol oynayır:

1. Körpə neçə aylıqdır?

2. Menstrual sikliniz başlayıbmı? Onu da qeyd edək ki, doğuşdan sonrakı qanama menstrual qanama hesab olunmur.

3. Körpəyə ana südündən əlavə qida verirsinizmi?

İlk 6 ay müddətində körpənizi tam ana südü ilə qidalandırırsınızsa, doğuşdan sonra menstrual sikl başlanmayıbsa, ana südü 98 faiz baş verə biləcək hamiləliyin qarşısını alacaqdır. Amma 6 ay sonra, körpəyə əlavə qida verilirsə, menstruasiya baş veribsə, yaxşı olar ki, hamiləlikdən qorunmaq üçün əlavə vasitədən istifadə edəsiniz.