Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik haqqında maraqlı faktlar

Ürək boyüyür

Bəli, şübhəsiz ki, qadın ürəyi bətnindəki övladının eşqi ilə pərvazlanır və böyüyür (elə ata ürəyi də..!). Lakin hamiləlik dövründə qadın ürəyinin bioloji olaraq həqiqətən böyüdüyünü bilirdinizmi? Bədən həcminin böyüməsinə görə ürək döyüntüsü daha güclü və intensiv olur. Ümumi bədən həcmi isə 40-50% arıtr.

Sümük birləşmələri yumşalır

Bədəni doğum prosesinə hazırlamaq üçün relaksin hormonu ifraz olunur ki, bu hormon oynaqların yumşalasına səbəb olur. Bu yumşalma isə doğuş zamanı uşağın çanaqdan çıxmasına kömək edir. Heyrətamizdir, elə deyilmi?!

Saçlar daha sıx görünür

Hamilə ikən saçınız daha gur görə bilər. Səbəb isə budur ki, hamiləlik zamanı yüksək miqdarda ifraz olunan estrogen hormonu qismən saçınızın tökülməsinin qarşısını alır. Nəticədə, saçınız gurlaşır, lakin doğumdan sonra saçınız sürətli şəkildə tökülür. Burda qorxulu bir şey yoxdur. Sadəcə hamiləlik zamanı tökülməyən saçlar daha sonra tökülməyə başlayır.

Ayağınız bir ölçü böyüyə bilər

Hamiləlik zamanı oynaqları yumşaldan relaksin hormanu ayaq oynaqlarının boşalmasına da səbəb olur. Boş oynaqlara ağırlaşan bədən çəkisi təzyiq göstərir və nəticədə ayaqlar böyüyür. Lakin hamiləlikdən bir neçə ay sonra ayaqlar əvvəlki ölçüsünə qayıdır.

İybilmə duyğusu

Yüksək miqdarda ifraz olunan estrogen və xorionik Qonadotropin hormonu səbəbindən iybilmə duyğusu güclənir.

Hündürboyulu qadınların ekiz doğmaq ehtimalı daha çoxdur

2006-cı ildə ABŞ-da aparılmış tədqiqatın nəticəsinə görə hündürboyulu qadınların ekiz doğmaq ehtimalı daha böyükdür.

Bətninizdəki körpəniz qidanı sizdən əvvəl alır

Hamiləlik dövründə qəbul etdiyiniz qida əvvəl körpə tərəfindən qəbul edirlir. Əgər gün ərzində qida qəbul etməsəniz belə uşaq sağlam qalmaq üçün sizin bədəninizdən lazımi qidanı alır.

Ataların hamiləlik sindromu

Ananın hamiləlik dövründə bəzi hallarda atalar da bəzi hamiləlik simptomları (çəkinin artması, hormonal dəyişiklik, ürəkbulanması, yuxu rejiminin pozulması) yaşayır. Buna  "Qayğlkeş hamiləlik" deyilir

Mənbə: https://www.disneybaby.com/blog/10-amazing-facts-about-pregnancy-that-you-may-not-know/