Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Yod


Azərbaycanın bəzi bölgələrinin əhalisində yod çatışmazlığı müşahidə olunur. Hətta sağlam insanlarda gündəlik yod qəbulu  yoda olan mövcud olan ehtiyacdan azdır.

Hamiləlik dövründə yoda olan tələbat 15% artır. Yod  dölün inkişafın tənzimlənməsində, sümük yaranma prosesində, beyninin formalaşmasında iştirak edir. Ona görə də kifayət qədər yod qəbulu uşağın normal inkişafının vacib şərtidir.

Yod çatışmazlığı olan bölgələrdə yaşayan hamilələrə yodla zənginləşdirilmiş duzdan istifadə etmək, həftədə iki dəfə  rasiona dəniz balığı daxil etmək tövsiyə olunur.

Pasterizə olunmuş südün tərkibində  də yod  var.