Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Körpənin cinsiyyəti neçənci həftədə təyin olunur?

 

Hamilə xanımları maraqlandıran suallardan biri də körpənin cinsiyyətinin neçənci həftədə təyin olunmasıdır. 

17 həftəlik hamiləlikdə embrionun cinsiyyətini artıq tam dəqiqliklә təyin etmək mümkündür. Ancaq körpənin vəziyyəti cinsiyyətin təyininə mane ola bilər. Səbirli olun, kifayət qədər aktiv olan körpəniz gələcək ultrasəs müayinə tarixinə qədər güman ki, vəziyyətini dəyişəcək. Körpənin inkişaf etməkdə olan sümüklərinin kalsiuma ehtiyacı var. Bu həftədə kalsiumla zəngin olan qidaları bol miqdarda qəbul etməyə çalışın. Embrionun dərialtı piy təbəqəsi formalaşmağa başlayır. Plasenta ilə döl demək olar ki, 17-ci həftədə eyni ölçüdədirlər. Gələcək körpənizin ürəyi artıq gün ərzində 30 litr qan qovmaq qabiliyyətinə malikdir. Artıq dölün gözqırpma, udma, əmmə kimi refleksləri formalaşmışdır. Qaş, kiprik və saçları uzanmağa davam edir. Döl oyaq olduğu zamanlarda hərəkət edir, hətta bəzən qəfil səslər zamanı diksinə bilir. Göbək ciyəsi öz inkişafını davam etdirir. Hamiləliyin sonuna – döl doğulana qədər qida maddələrinin dölə, mübadilənin son məhsullarının anaya ötürülməsində iştirak edəcəkdir.