Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlikdə ev təmizliyi

Ev təmizliyi insan üçün ən yaxşı terapiyadır. Bu zaman həm yüngül fiziki hərəkətlər edirsiniz, həm də yaşadığınız yeri səliqəyə salaraq enerjinizi azaldan və sizə mənfi təsir edən dağınıqlıqdan qurtulursunuz.

Lakin hamiləlikdə diqqət etməli olduğunuz bəzi nüanslar var:

1.    Uzun müddət ayaq üstə durmaq və ya əyilmək təzyiqinizin aşağı düşməsinə, başgicəllənmə və halsızlığa səbəb ola bilər.

2.    əyilərkən diz üstə çökməyə çalışın, onurğanızı bükməməyə diqqət edin.

3.    Yerdən əşya götürərkən də dizlərinizi bükərək çömbəlin. Ağırlıq qaldırmayın, itələməyin və çəkməyin.

4.    Nərdivan və ya stula çıxaraq təmizlik işi görməyin.

5.    Toksik tərkibli təmizləyici maddələrdən uzaq durun. Bunun əvəzinə ağ sabun, sodaz, sirkə, hidrogen peroksiddən istifadə edin.

6.    Təmizlik məhsullarının etiketlərini oxuyun.

7.    Heç vaxt müxtəlif təmizlik məhsullarını qarışdırmayın. Bu, ammonyak kimi zərərli maddələrin əmələ gəlməsinə səbəb ola bilər.

8.    Toz silərkən nəfəsinizə getməməsinə diqqət edin. Xüsusən də əgər toza qarşı allergiyanız varsa. Çalışın təmizlədiyiniz otaqda pəncərəni açıq saxlayasınız.

9.    Təmizlik zamanı mütləq əlcək geyinin. Çünki hamiləlik zamanı dəriniz hər zamankından daha həssasdır. Hər zaman istifadə etdiyiniz məhsullar belə hamiləlikdə kontakt dermatitə səbəb ola bilər.

Hamiləliyinizin ikinci yarısında sizi yoracaq ağır işlərdən, o cümlədən ev təmizliyindən də uzaq durmalısınız. Pərdələrin, çılçıraqların, ağır qablar yığdığınız şkafların təmizlənməsini doğuşdan sonraya saxlamağınız həm sizin, həm gələcək körpənizin sağlamlığı üçün daha yaxşı olacaq. Ananın həddən artıq fiziki aktivliyi vaxtından qabaq doğuşların səbəblərindən biridir. Buna görə də hamiləlikdə təmizlik fəaliyyətinizi yüngül ev işləri ilə məhdudlaşdırın. Yaxınlarınızdan kömək  istəməyə, çəkinməyin. Lazım olduqda təmizlik şirkətlərinin xidmətlərindən faydalanın.