Dəmir


Hətta sağlam qidalanmaya riayət edən qadınlarda belə hamiləlik dövründə orqanizmdə dəmir çatışmazlığı meydana çıxa bilər. Hamiləlik dövründə dəmirə tələbat 100% artmış olur.
Yalnız qida məhsulları ilə dəmirə olan tələbatın ödənilməsi asan deyil.
Hemoqlobin səviyyəsi aşağı olduqda dəmir preparatlarının qəbulu tövsiyə olunur. Lakin onlardan bir çoxunun qəbulu zamanı mədədə ağrılar və qəbizlik qeyd olunur. Belə hallar qeyd olunduqda həkiminizə bildirin ki, digər bir dəmir preparatı təyin etsin. Dəmirin sorulmasını C vitamini asanlaşdırır.
Dəmirlə zangin qida məhsullarına qırmızı ət, brokkoli, çuğundur, ərik qurusu və s. aiddir.
Hamilə olmayan qadın gündə 15 mg, hamiləlik zamanı isə 30 mg dəmir qəbul etməlidir.Bunu sadəcə qida məhsulları vasitəsilə qəbul etmək çətin olduğu üçün hamiləliyin 12-ci həftəsindən etibarən adətən dəmir multivitamin-mineral kompleksinin tərkibində və ya tək dəmir preparatı şəklində istifadə olunur.
Dəmirin orqanizmdə çatışmaması anemiya-qan azlığına səbəb olur.anemiya zamanı qanda hemoqlobinin konsentrasiyası azalır, qanın oksigen daşıma qabiliyyəti aşağı düşür, halsızlıq, tez yorulma, başağrısı kimi simptomlar meydana çıxır. Bir sıra araşdırmaların nəticələrinə görə, hamiləlikdə anemiya bir sıra ağırlaşmalara səbəb ol bilər.Bu ağırlaşmalardan ən önəmliləri dölün bətndaxili inkişaf ləngiməsi və erkən doğuşlardır.Məhz buna görə, hamiləlikdə hər ay ümumi qan analizinin verilməsi, qanda hemoqlobin səviyyəsinin yoxlanılması anemiyanın aşkarlanması və müalicəsi üçün vacibdir.
Dəmir preparatları qəbzlik, nəcisin qara rəngə boyanması, mədədə ağrı kimi əlavə təsirlər göstərə bilər.Xüsusən, hamiləliyin 20-ci həftəsindən əvvəl.Mədədə ağrının qarşısını almaq üçün dəmir preparatının qəbulundan sonra 1 saat ərzində uzanmamağa çalışın.
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri