Hamiləlikdə yataq rejimi


Bəzi həkimlər düşük, vaxtından qabaq doğuş riskini azaltmaq üçün yataq rejimi məsləhət görürlər. Yataq rejimini həkim müxtəlif formalarda məsləhət görə bilər:
· Fiziki aktivliyin məhdudlaşdırılması. Müəyyən müddət idman hərəkətləri, ağır fiziki iş, cinsi əlaqə dayandırılır.
· Tənəffüs. Məktəbdəki tənəffüslər kimi, gün ərizndə ara-sıra bir neçə dəqiqə uzanaraq istirahət etmək.
· Ev istirahəti. Günün çox hissəsini evdə keçirmək, gündəlik özünə baxım və yüngül ev işlərindən başqa fiziki aktivliyin məhdudlaşdırılması.
· Yataq istirahəti. Tualet və yemək yemək üçün yataqdan çıxmaq, qalan zamanı yataqda uzanaraq keçirmək.
· Bəzi hallarda həkim tualet və yemək yemək üçün belə yataqdan çıxmağa izn verməyə bilər. Bu zaman hamilə qadın əlbəttə ki, xəstəxana şəraitində olmalıdır.
SUAL: Həkim nə zaman yataq rejimi məsləhət görə bilər?
· Preeklampsiya.
· Vaginal qanaxma. Cift gəlişi kimi səbəblərə bağlı olan və ya səbəbi bilinməyən qanaxma zamanı.
· Vaxtından qabaq doğuş təhlükəsi.
· Servikal çatışmazlıq.
· Çoxdöllü hamiləliklər.
· Fəsadlaşmış mamalıq anamnezi-daha əvvəlki hamiləliklərin düşük, vaxtından qabaq doğuşla nəticələnməsi.
· Dölün bətndaxili inkişaf geriliyi və s.
Yataq rejiminin 3 əsas təsirinin olduğu düşünülür.
1. Uşaqlıq boynu üzərindəki təzyiqi aradan qaldırır. Təzyiq azaldıqda serviksin əzələ liflərinin gərilməsi də azalır. Beləliklə sancıların başlanmasının, dölyanı qişalarının tamlığının pozulmasının, vaginal qanaxma, düşük və vaxtından qabaq doğuşların qarşısını alır.
2. Uşaqlığın və dölün qan təchizatı yaxşılaşır, dölə daha çox oksigen və qida maddələri çatır.
3. Ananın ürək və böyrək kimi orqanlarının funksiyası yaxşılaşır. Bu, xüsusilə arterial hipertenziya zamanı önəmlidir.
Yataq rejimim nə qədər davam edəcəkdir?
Bu suala ən doğru cavabı əlbəttə ki, həkiminiz verəcəkdir. Yataq istirahəti məsləhət görülübsə, həkiminizdən hansı işlərlə məşğul ola biləcəyinizin təhlükəli olmadığını soruşun. Bəzi hallarda evdə gəzişməniz, stres yaratmayacaq oturaq işlə məşğul olmanız həm fiziki, həm psixoloji sağlamlığınız üçün faydalı ola bilər.
- Hamiləliyin başlanğıcı
-
Sizi qarşıda nə gözləyir?
- Dölün tərpənməsini hamiləliyin hansı həftəsindən sonra hamilə qadın hiss etməyə başlayır?
- Hamiləlik dövründə süd ifrazı
- Düşüklə nəticələnən hamiləlik
- Hamiləlikdə yataq rejimi
- Hamiləlik vaxtı striyalar (dəri dartılması)
- Vakuum və maşaların tətbiqi ilə doğuş
- Ana südünün saxlanması
- Körpəni başqasının qucağına ötürmək
- Uşaq otağının döşənməsi
- Körpəni rahatlatmaq
- Körpəni masaj etmək
- Ehtimal olunan doğuş tarixini necə müəyyən etmək olar?
-
Sağlam qidalanma
- Karbohidratlar
- Yağlar
- Zülallar
- Qidalı mikromaddələr
- Vitamin A
- B1, B2,B6, B12 vitaminləri
- C vitamini
- Yağ turşuları
- Dəmir
- Yod
- Maqnezium
- Fol turşusu
- Sink
- Faydalı qida məhsulları
- Südverən ananın qidalanması necə olmalıdır?
- Hamilələrin qidalanmasında tövsiyələr
- Hamiləlikdə sağlam həyat tərzi
- Omega 3
- Hamiləlikdə yaşıl çay qəbulu
- Qablaşdırılmış qidaların təsirləri
- Hamiləlikdə dehidratasiyanın təsirləri
- Hamiləlik dövründə yumurta yemək təhlükəsizdirmi?