Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlik və botoks

Botoks nədir? 

Botoks Clostridium Botulinum adlı bakteriyadan əldə edilən botulizm toksinidir, sinir- əzələ sinapslarını blokada edərək öz təsirini göstərir. Bunun nəticəsində əzələ qruplarının hərəkətinə bağlı olan arzuolunmaz mimiki qırışlar yaranmır.

Hamiləlik zamanı botoks edilməsinin güvənli olub-olmaması ana  və bətnindəki körpənin sağlamlığına zərər verməmək üçün bu günə qədər araşdırılmayıb.  

   Əgər botoks etdirmisinizsə və bundan sonra hamilə olduğunuzu öyrənmisinizsə, çox böyük ehtimal ki, bətninizdəki körpə böyük risk altında deyil. Botoks çox zaman

üz əzələlərinə (mimiki əzələlərə) tətbiq edildiyi üçün qan dövranına cüzi miqdarda qarışdığı güman edilir. Ancaq çox sayda, təkrar- təkrar botoks edilməsi təhlükəli hesab oluna bilər.

           Botoksun körpənizə zərər vermədiyini  qəbul etsək belə, hamiləlik zamanı bu proseduru etməməyiniz məsləhətdir. Hamiləlikdə orqanizmdə su tutumunun artır ki, bu da dərinin daha parlaq, hamar olmasına, qırışların daha az nəzərə çarpmasına səbəb olur. Əgər dərinizə botoks tətbiq etmək istəyirsinizsə, yaxşı olar ki, bunu hamiləlikdən sonraya saxlayasınız.