Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlikdə Kegel məşqləri

Kegel məşqləri qadınlarda çanaq dibi əzələlərinin gücləndirilməsi məqsədi ilə edilən məşqlərə verilən addır.Bu məşqləri keçən əsrin ortalarında Arnold Kegel adlı ginekoloq təklif etmişdir.

Gündəlik həyatda demək olar ki,bu əzələlər işləmir.Ağır doğuşlar,travmalar zamanı,yaşlandıqca bu əzələlər öz elastikliyini itirir və bu qadınlarda müxtəlif pozulmalara – sidik qaçırma,babasil,uşaqlıq yolunu və uşaqlığın sallanması,cinsi həyatın keyfiyyətinin pisləşməsinə səbəb olur.

    Çanaq dibi-aralıq əzələləriniz hamiləliyin gərginliyinə hazır olmalıdır.Onlara kömək etmək –gücləndirmək üçün idmanla məşgul olmaq lazımdır.

 

Kegel məşgələlərinin faydalari:

  • Uşaqlıq yolunun əzələlərini məşq etdirir;
  • Uşaqlıq yolunun və uşaqlığın sallanmasının müalicə və profilaktikasında mühüm rol oynayır;
  • Babasilin inkişafının qarşısını alır;
  • Çanaq əzələlərini gücləndirdiyi üçün doğuş zamanı ananın daha yaxşi gücənməsinə, həmçinin doğuşun asanlaşmasına səbəb olur;
  • Çanaq dibi əzələlərinin elastikliyini atrıraraq doğuş zamanı aralıq əzlələrinin cırılmaların qarşısını alır;
  • Hamiləlik zamanı və doğuşdan sonra sidikqaçırma probleminin qarşısını alir.

 Kegel məşqləri necə edilir?

Kegel məşqlərinin müxtəlif variantları mövcuddur. Lakin burada məqsəd eynidir. Bu məşğələləri istənilən yerdə və vəziyyətdə (oturanda, uzananda, ayaq üstə dayanarkən) etmək mümkündür. Bu zaman bədəniniz hərəkət etməməli, beliniz havaya qalxmamalı, sadəcə  çanaqdibi  əzələləriniz sidikburaxma aktını saxlamağa çalışdığınız kimi sıxılmalıdır. Qarın və qalça əzələləri iştirak etməməlidir. Məşğələdən əvvəl sidik kisəsini boşaldın. Təsəvvür edin ki,siz eyni zamanda bağırsaq qazlarını və sidiyi saxlamaq istəyirsiniz. Hiss etməlisiniz ki, çanaq dibi əzələləri gərginləşir. Gün ərzində səhər, günorta, axşam olmaqla hərəkətləri 3 dəfə, 2X10 dəfə təkrar edin.

   Əzələlər təxminən 10 san gərginləşdirilməli və daha sonra 10 san boşaldılmalıdır. Bütün digər idman növləri kimi, Kegel hərəkətlərinin faydası bir neçə həftə sonra özünü göstərir. Bu məşqləri etdikdən 4-6 həftə sonra nəticə əldə edəcəksiniz.