Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Analıq mənzuniyyəti zamanı müavinət

Hamiləliyə və doğuma görə müavinət almaq hüququ ən azı 6 ay sosial sığorta stajı olan şəxslərə şamil edilir. Yəni, əgər işə başaldığınız gündən 6 ay və daha artıq keçibsə, müavinət alacaqsınız.

Hamiləliyə və doğuma görə müavinət bütün hallarda əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin hesablanmasında nəzərə alınan orta gündəlik qazancın 100 faizi miqdarında verilir.Müavinətin ümumi məbləği gündəlik müavinətin məbləğinin hamiləliyə və doğuma görə məzuniyyət dövründəki iş günlərinin sayına vurulması ilə hesablanır.

 Məsələn,aylıq qazancı 2000 manat olan şəxs üçün 22 iş günündən ibarət aya görə müavinətin (yaşa görə əmək pensiyasının baza hissəsi 100 manat olduqda)  gündəlik maksimal həddi 113,63 ((100 manat*25)/22) manatdandır.