Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır


Hamiləlikdə işləmək

Ürəkbulanma, halsızlıq, bel ağrısı, şişmiş biləklər, tez-tez dolan sidik kisəsi... Bütün bunlar hamilə qadının rahat bir gün keçirməsinə mane olan səbəblərdən sadəcə bəziləridir. İşləyərkən ayaq üstə durmaq, bütün gün kompüter arxasında oturmaq və ya şiş ayaqlara baxmayaraq əyilmək və ya ağırlıq qaldırmaq lazımdırsa, hamiləlik daha çətin keçə bilər.

 

İşləyərkən rahat olmaq üçün aşağıdakə məsləhətlərə diqqət edin:

·         Rahat geyim geyin, dar və qarnınızı, ayaqlarınızı sıxan geyimdən bir müddət imtina edin. Hündürdaban ayaqqabı geyməməyə çalışın, ayaqqabının ayağınızı sıxmamasına diqqət edin.

·         Mümkün qədər ayaq üstə çox dayanmamağa çalışın.Əgər ayaq üstə məcurən çox durursuzsa, varikozdan əziyyət çəkirsizsə, xüsusi corablardan istifadə edin.Zaman-zaman ayağınızı dizdən və biləkdən bükün.

·         Əgər uzun müddət oturmalı olursunuzsa, tez-tez ayağa durub gəzişin.Masanızın altında ayağınızı qaldırıb qoymağa taburetka saxlayın.

·         Ara verin. Saatda bir , hətta iki dəfə gərnəşmə hərəkətləri edin.Qollarınızı yuxarı qaldırıb dartının, əllərinizin masaya qoyub belinizi əyərək rahatlatmağa çalışın.

·         Oturaq işdə işləyirsinizsə, qarnınızla masanın arasında məsafə qalmasına diqqət edin.

·         İşləyərkən su içməyi yaddan çıxarmayın.Özünüzə şüşə butulka alın, daim gözünüzün önündə olsun.Əgər sadə su içə bilmirsinizsə,içinə meyvə dilimləri, azca bal, nanə yaraqları ata bilərsiniz.Lazımi qədər su içmək orqanizminizin mayeni saxlayıb ödemləşməsinə səbəb olmaz, əksinə, ödemlərin əmələ gəlmsinin qarşısın ala və ya azalda bilər.Həmçinin, sidik yolu infeksiyasının yaranma riskini azaldacaqdır.

·         Sidiyə tez-tez getmək sizi iş yerində narahat edə bilər.Lakin əsla sidiyinizi saxlamağa çalışmayın.Sidik kisənizi 2 saatda bir dəfə boşaltmaq sidik yolu infeksiyalarından sizi qoruyacaqdır.

·         Ac qalmamağa çalışın.Özünüzlə iş yerinə yemək aparmaq yaxşı seçim ola bilər.Əgər iş yerində soyuducu varsa, günorta yeməyinizi orada saxlaya bilərsiniz.Çantanızda daim meyvə, quru meyvə, qoz-fındıq olsun, yeməyə xüsusi vaxt ayıra bilməsəniz, şokoladla çay içmək əvəzinə onlardan yeyin.

·         İş yerinizdə diş fırçası və pastası olsun.Ürəkbulanmadan əziyyət çəkirsinizsə, dişlərinizi fırçalamaq ürəkbulanmaları azaltmaqda sizə kömək edəcəkdir.

·         Kimyəvi maddələrlə təmasdan, tüstüdən, radiasiyadan uzaq durun.