close
close

Şəxsi hesab açmaqla Siz hər həftə övladınızın inkişaf mərhələsi, ana bətnində olan dəyişikliklər və yeni layihələrimiz haqqında bildirişlər vasitəsilə məlumat əldə edəcəksiniz.

Qeydiyyatdan keç

Qeyd: Bütün istifadəçi məlumatları məxfi saxlanılır

C vitamini


C vitamini immunitetin möhkəmlənməsinə cavab verir. Hamiləlik dövründə qadınlar infeksiyalara daha həssas olduğundan, C vitamininə tələbat da yüksəlmiş olur. Sitruslar (portağal, limon), qara qarağat, çiyələk, kələm və şirin bibər tərkibində C vitamini səviyyəsi yüksək olan qida məhsullarıdır. Bu səbəbdən sadalanan məhsullar hamilə qadınların gündəlik rasionuna daxil edilməlidir. Yemək vaxtı 1 stəkan  portağal və ya  qreypfrut şirəsi için. Şirədə olan C vitamini dəmirin sorulmasına da kömək edəcək.

 

Vitamin C  dəmirin absorbsiyasını sürətləndirir.

Vitamin C orqanizmdə dəmirin sorulması prosesinə kömək edir. Yemək vaxtı 1 stəkan portağal şirəsi ideal qərardır. Lakin portağal şirəsindən başqa digər şirələri  və ya dəmirlə zəngin mineral su və ya digər içkiləri də içmək olar. Çalışın ki, tanin tərkibli məhsullardan, o cümlədən kofe və çaydan ( qara və yaşıl çay) az istifadə edəsiniz. Çünki tanin tərkibli məhsullar dəmirin sorulmasını çətinləşdirir.